Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-345/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, X1 icra işinə nəzarətin digər icra məmuruna həvalə edilməsi barədə şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X1 icra işinə nəzarətin digər icra məmuruna həvalə edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 12.01.2022-ci il tarixli, 2(105)-3074/2021 saylı icra sənədi üzrə açılmış icra işinə nəzarətin Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsamyılovdan geri alınaraq, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin digər icra məmuruna həvalə edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən icra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42.2-ci maddəsinə əsasən etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42.3-cü maddəsinə əsasən icra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən on gün müddətində həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42.5-ci maddəsinə əsasən icra məmuruna etiraz təmin edildikdə, onun icraatında olan icra sənədləri icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən digər icra məmuruna verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42.6-cı maddəsinə əsasən icra məmuruna etiraz təmin edilmədikdə, tərəflər bu barədə qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi icra məmurunun icrasında olan işin alınıb başqa icra məmuruna həvalə edilməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42ci maddəsi ilə tənzimlənir. Lakin, ərizəçi X3“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələblərinə əməl etməyərək birbaşa məhkəməyə şikayət ərizəsi ünvanlamış,halbuki yuxarıda qeyd olunduğu kimi həmin şikayət ərizəsinin məzmunu və forması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələblərinə uyğun deyildir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 152.2-ci maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və X1 icra işinə nəzarətin digər icra məmuruna həvalə edilməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci və Azərbaycan Respublikası MPM-in 152, 263, 264- cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 icra işinə nəzarətin digər icra məmuruna həvalə edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-345/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-345/2022
16.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver