Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-346/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və icra vərəqəsinin icra olunması üçün yenidən icra şöbəsinə qaytarılması barədə Tələbkar ASC tərəfindən verilmiş şikayət ərizəsinə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İcra sənədi üzrə Tələbkar ASC şikayətlə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayevin “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra olunması üçün yenidən Maraqlı şəxsnə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 6474/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Borclu və X1 7237,37 ABŞ dolları məbləğində kredit və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bir müddət əvvəl icra sənədi üzrə tələbkar Maraqlı şəxs ilə əlaqə saxlamış və Abşeron rayon Məhkəməsinin 2(012)-6474/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə Borclu aid hissədə icra vərəqəsinin icra vəziyyəti sorğulanan zaman həmin şöbədən bildirilmişdir ki, icra məmuru Fəqan Murtuzayevin "icraata xitam verilməsi haqqında" xx.xx.2019-cu il tarixli qərarı ilə həmin icra işi üzrə icraata xitam verilərək icra sənədi Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. İcra məmuru icra üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etməsinin səbəbi kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünün müəyyən edilməsi göstərmişdir. Həmçinin, icra məmuru Fəqan Murtuzayevin "icraata xitam verilməsi haqqında" xx.xx.2019-cu il tarixli qərarı "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinin tələblərinə zidd olaraq tələbkar "xxxx" ASC-yə göndərilməmişdir. İcra sənədi üzrə tələbkarın rəsmi müraciəti əsasında, Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayevin xx.xx.2019-cu il tarixli qərarının surəti xx.xx.2016-cı il tarixdə təqdim edilmişdir. İcra sənədi üzrə tələbkar hesab edir ki, icra məmuru Fəqan Murtuzayevin "icraata xitam verilməsi haqqında" xx.xx.2019-cu il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün yenidən Maraqlı şəxsnə qaytarılmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Borclu 4989,36 ABŞ dolları məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində borcu mövcuddur. Göründüyü kimi borclular Borclu və X2 Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə hal-hazırki tarixə tələbkar "Bank Respublika” ASC-yə 4989.36 ABŞ dolları məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində borcları mövcuddur. Belə olan halda qeyd olunan icra sənədi üzra icraata xitam verilə bilməz. Göstərilənlərə əsasən şikayət ərizəsi təmin olunmaldıır. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar Bank Respublika” ASC-nin nümayəndəsi X4 ərizəni müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarlmasını xahiş etdi. O hazırda borclunun qeyd edilən məbləğdə borcu olduğunu və borcun Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşən işlərin siyahısına daxil olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, icra sənədi üzrə borclu gəlməmiş və Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, icra sənədinin icra edilmədən verilən orqana geri qaytarılması proseduru “İcra haqqında” Qanunla (23-cü maddə) tənzimlənir. Həmin Qanunun 23.1, 23.2 və 23.3cü maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İş materiallarında olan 2(012)-6474/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu və xx.xx.1975-ci ildə Lənkəran rayonu, Kərgəlan kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan X1 birgə qaydada Tələbkar ASC-nin xeyrinə 6360 ABŞ dolları əsas borc, 86.94 ABŞ dolları faiz borcu, 7.43 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7237.37 ABŞ dolları borc, habelə ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 manat məbləğində pul tutulması qərara alınmışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarına görə Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə qalıq borc məbləği 4989.36 ABŞ dolları və 20 manat dövlət rüsumu təşkil edir. Məhkəmə hesab edir ki, hazırki halda, icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı “İcra haqqında” Qanunun 23-cü maddəsinin tələblərinə uyğun olmadığından ləğv edilməli və icra sənədi icra edilməsi üçün həmin quruma qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, qeyd edilən borc fərmana uyğun olaraq güzəşt kateqoriyasına aid deyildir. Hətta aid olmuş olsa da belə, bu halla bağlı kreditor və borclu arasında müqavilə bağlanmalı idi. Hazırda icra məmurunun bu qərarı icra sənədinin icra edilməməsinə şərait yaradır və məhkəmənin qənaətinə görə arzuolunmaz presedent yarada bilər. “İcra haqqında” Qanunun 3-cü maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət ərizəsi təmin edilsin. Maraqlı şəxs icra məmurunun Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” xx.xx.2019cu il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-6474/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-346/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-346/2025
02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver