Məhkəmə qərarları › İş №8(012)-35/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-35/2024

23.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-35/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Samux Rayon Məhkəməsinin 2(058)-1026/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər X1 və Borclu xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit razılaşması üzrə 1747,65 manat əsas borc, 741,21 manat faiz, 1283,86 manat cərimə borcu, cəmi 3772,72 manat pulun və 57,73 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-1026/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər X2 və Borclu xx.xx.2020-ci il tarixli, 017A********** saylı kredit razılaşması üzrə 1747,65 manat əsas borc, 741,21 manat faiz, 1283,86 manat cərimə borcu, cəmi 3772,72 manat pulun və 57,73 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş şəxsən Borclu imza edilməklə təqdim edilmişdir. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədi üzrə tələb tam olaraq borclu tərəfindən təmin olunmamışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, adında heç bir mülkiyyət müəyyən edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və iş üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, Tələbkar QSC-dən özü yox, həyat yoldaşı borc pul götürmüş, o isə müqavilə üzrə ona zamin olmuşdur. Samux Rayon Məhkəməsinin 2(058)-1026/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində qeyd olunan borc məbləği üzrə son 3 ay ərzində ödənişlər etmişdir. Hər ay borc üzrə təxminən 40-50 manat ödəyir. Ona görə də o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə borclunun izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1982-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-1026/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1982-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar