Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-354/2024 13.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər X3 (VÖEN **********), X2 və Borclu müştərək qaydada 30118,56 manat məbləğində əsas borc, 3644,72 manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 33963,28 manat məbləğində pul vəsaitinin iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan «Toyota Land-Cruiser minik» markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu, X5 və X3 müştərək qaydada cəmi 33963,28 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində «Toyota Land-Cruiser minik» markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən əmlakın üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinə əsasən Borclu mülkiyyətində «Toyota Land-Cruiser minik» markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi X4 izahatında Borclu Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış borcuna görə 500 manat məbləğində ödəniş etdiyini bildirdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar şirkətin nümayəndəsinin izahatını dinləyib təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «Toyota Land-Cruiser minik» markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 41/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan «Toyota Land-Cruiser minik» markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan «Toyota Land-Cruiser minik» markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-354/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-354/2024
13.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver