Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-355/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu MMCnin əmlaklarının üzərinə həbs qoyulması barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1424/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu Məhdud Məsuliyyətli Cəmiyyətindən nağd ödəniş olaraq 10200 manat, əmək haqqı hesabından 3529,07 manat, məzuniyyət pulu olaraq 2656,24 manat olmaqla, cəmi 16385,31 manat və 139,16 manat dövlət rüsumuna görə pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi, iddiaçı Tələbkar 50 manat, cavabdeh Borclundən 50 manat ekspertiza xərcinə görə pulun tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1424/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 nömrəli qətnaməsinin qismən - cavabdeh Borclu Məhdud Məsuliyyətli Cəmiyyətindən nağd ödəniş olaraq 10200 manatın və əmək haqqı hesabından 3529,07 manat pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddianın qismən təmin edilməsi, cavabdeh Borclu Məhdud Məsuliyyətli Cəmiyyətindən əmək haqqına görə 18631,62 manat alınaraq iddiaçı Tələbkar ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu balansında olan “Mitsubishi minik” markalı, **-AC-***, **-AC-*** dövlət qeydiyyat nişanlı və “Toyota” markalı, **-AC-***, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1424/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclundən 18631,62 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Borclu balansında “Mitsubishi minik” markalı, **-AC- ***, **-AC-*** dövlət qeydiyyat nişanlı və “Toyota” markalı, **-AC-***, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobillərin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək, Borclu MMC-nin ona olan borcunu hələ də ödəmədiyini, artıq 4 ildir ki, maaşını ala bilmədiyini, odur ki, pulun borclu şirkət tərəfindən ona ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Borclu MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1424/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ödənilməli olan 18631,62 manat məbləğində borcun Borclu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hissə-hissə ödənilməsi üçün qarşı tərəflə danışıqlar aparmaq istəyirlər. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimat vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu MMC-nin əmlak məlumatlarından çıxarışdan görünür ki, “Mitsubishi L200 minik” markalı, **-AC-***, **-AC-*** dövlət qeydiyyat nişanlı və “Toyota Hilux minik” markalı, **-AC-***, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu MMC-nin balansındadır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Borclu MMC-nin Tələbkar olan 18631,62 manat məbləğində borcunun ödənilməsinin icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu MMC-nin balansında olan “Mitsubishi L200 minik” markalı, **-AC-***, **-AC-*** dövlət qeydiyyat nişanlı və “Toyota Hilux minik” markalı, **-AC-*** avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatı sözügedən borc məbləği ilə bir-birinə mütənasib deyildir.Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki,həbs qoyulması xahiş olunan “Toyota Hilux minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanında icra məmuru tətəfindən səhvə yoı verilmiş,belə ki həmin avtomobilin dövlət qeydiyyat nişanı **-PE-*** –dir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbin icrası məqsədilə təqdimatda göstərilən, Borclu MMC-nin balansında olan “Mitsubishi L200 minik” markalı, **-AC-*** və **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı qismən təmin edilsin. Borclu MMC-nin balansında olan “Mitsubishi L200 minik” markalı, **-AC-*** və **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-355/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-355/2024
18.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver