Məhkəmə qərarları › İş №8(012)-359/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-359/2024

13.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-359/2024 13.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılovun Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5177/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, X3 ilə Tələbkar ASC arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli, 13011-1350/394451 №-li kredit müqaviləsinin ləğv edilməsi, Tələbkar ASC ilə X3 arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli, 13011-1350/394451 №-li kredit müqaviləsinə əsasən 26 fevral 2016-cı il tarixədək ödənilməmiş 14278,25 ABŞ dolları məbləğində əsas borc, 942,99 ABŞ dolları faiz borcu, 570,20 ABŞ dolları penya borcu, cəmi 15791,44 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivelenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun hesabına 30 manat və notariat haqqının hesabına 36 manat, cəmi 66 manat məbləğində pulun X1 və Borclu müştərək qaydada Tələbkar ASC-nin xeyrinə tutulması, tutmanın X3 tərəfindən ipoteka ilə yüklü edilmiş «Hyundai Grandeur minik» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus «Mercedes 300 minik» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5177/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 15791,44 ABŞ dolları məbləğində pul vəsaiti və 66 manat dövlət rüsumu müştərək qaydada tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildiriş ilə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «Mercedes 300 minik» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan «Mercedes 300 minik» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi X4 izahatında Borclu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5177/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış borcuna görə 2017-ci ildən ödəniş etmədiyini, borclunun ödəməli olduğu borc məbləğinin 10000 manatdan çox olduğunu bildirdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar şirkətin nümayəndəsinin izahatını dinləyib təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «Mercedes 300 minik» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5177/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu məxsus «Mercedes 300 minik» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılovun təqdimatı təmin edilsin. Borclu məxsus «Mercedes 300 minik» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar