Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-359/2025 30.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Elman Tofiq oğlu Məmmədov, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-161/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair X1nun ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-161/2024 saylı icra sənədinə əsasən başlanılmış icra işi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə, yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi X1nun Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-161/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən qəbul edilməsi nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi ilkin olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-161/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı müvafiq icra qurumuna müraciət etməli, həmin icra sənədi üzrə icraata xitam verilmədiyi təqdirdə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət ərizəsi ilə icra məmurunun olduğu yer üzrə müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-161/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair X1nun ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə X3 rəsmi qaydada verilsin. X3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-161/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı müvafiq icra qurumuna müraciət etmək və yaxud həmin icra sənədi üzrə icraata xitam verilmədiyi təqdirdə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət ərizəsi ilə icra məmurunun olduğu yer üzrə müvafiq məhkəməyə şikayət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-359/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-359/2025
30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver