Məhkəmə qərarları › İş №8(012)-362/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-362/2025

17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-362/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-368/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Zəngilan Rayon Məhkəməsinin 2(034)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, cavabdeh X1 10000 manat məbləğində pul vəsaiti və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, cavabdeh Borclu 8000 manat məbləğində pul vəsaiti və 45 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-368/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadına əsasən təqdimat qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 451/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 0,0880 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-368/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,0880 ha həyətyanı torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-451/2023-022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 8000 manat məbləğində pul vəsaiti və 45 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Görülmüş icra tədbirləri nəticəsində Borclu mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 0,0880 ha həyətyanı torpaq sahəsinin olması müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 0,0880 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulması üçün təqdimat Abşeron Rayon Məhkəməsinə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 8(012)-368/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Aparılmış icra hərəkətləri nəticəsində icra sənədində göstərilən tələb təmin olunmuş və icra məmurunun xx.xx.2025-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən borc məbləği ona tam şəkildə ödənildiyindən Tələbkar icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 451/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0880 ha həyətyanı torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-368/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0880 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar