Məhkəmə qərarları › İş №8(012)-363/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-363/2024

04.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-363/2024 04.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu əmlakının üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli kredit müqavilə üzrə cəmi 15000 manat borc və 135 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu adına olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 15000 manat məbləğində pul vəsaitinin Tələbkar xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında Abşeron Rayon Məhkəməsinin 2(012)- 249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyini, odur ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov tərəfindən verilmiş təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Borclu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış apellyasiya şikayətindən görünür ki, Əliyev X1 Rayon Məhkəməsinin 2(012)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilib birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli kredit müqavilə üzrə cəmi 15000 manat borc və 135 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Borclu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış apellyasiya şikayətindən görünür ki, Əliyev X1 Rayon Məhkəməsinin 2(012)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilib birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi hazırda Sumqayıt Apellyasiya Məhkəməsində mübahisələndirildiyindən, məhkəmə hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu adına olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatı rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu adına olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar