Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-366/2024 24.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1746/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1743 manat pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 0.0194 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra və probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1746/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1743 manat pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 30 manzat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 0.0194 ha olan torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 0.0194 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu əmlak məlumatlarından çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 0.0194 ha olan torpaq sahəsi ona məxsusdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1746/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 0.0194 ha olan torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilsin. Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 0.0194 ha olan torpaq sahəsi üzərinə üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-366/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-366/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver