Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-370/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1, Tələbkar iştirakı ilə, X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin hissə - hissə icra edilməsi barədə ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-4001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Tələbkar ilə X4 arasında xx.xx.2010-cu il tarixdə 529 nömrə ilə Cəlilabad rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, birgə nikahdan anadan olmuş 26 oktyabr 2011-ci il təvəllüdlü X6 və 15 fevral 2014-cü il təvəllüdlü X5 anası Tələbkar yanında qalmasının müəyyən edilməsi, 26 oktyabr 2011-ci il təvəllüdlü X6 və 15 fevral 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X2 Tələbkar xeyrinə hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə verildiyi – 04 iyun 2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən aparılmış cəmi 27751.41 (iyirmi yeddi min yeddi yüz əlli bir manat 41 qəpik) manat ödəniş məbləğində tərəflərin hər birinin payının ½ hissədə müəyyən edilməklə, həmin hissəyə uyğun 13875,70 manat məbləğində pulun cavabdeh X2 alınaraq iddiaçı Tələbkar verilməsi, cavabdeh X2 40 (qırx) manat məbləğində dövlət rüsumuna görə pulun tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(012)-4001/2021 saylı qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin mənzilin alınmasına sərf olunmuş vəsaitin birgə nikah dövründə ödənilmiş kredit məbləğinin bölünməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin bu hissədə qismən təmin edilməsi. Cavabdeh X2 iddiaçı Tələbkar xeyrinə 9031,69 (doqquz min otuz bir manat 69 qəpik) manatın tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5209/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2022-ci il tarixli, 2(103)-864/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X4 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsi barədə (hər ay üçün 150 manat) qərardad qəbul edilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci-il tarixli, 2(102)-5209/2022 saylı qərarı ilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2022 ci il tarixli, 2(105)-864/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmış və ondan 9031,69 manat məbləğində borcun tutularaq iddiaçı Tələbkar ödənilməsini qət edilmişdir. Qeyd etmək istəyir ki, onun əmək haqqı 540 manat təşkil edir və eyni zamanda bildirir ki, onun heç bir biznes fəaliyyəti yoxdur. Buna baxmayaraq Abşeron Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli, 2(012)-4001/2021 saylı qətnaməsi ilə bir uşağa 175 manat olmaqla ümumilikdə 350 manat aliment təyin edilmişdir. O, mebel fabrikində mühasib işləyir. Həmçinin o, bankdan 9000 manat kredit götürmüş və 2 ildə vəi 200 manat ödəniş etmişdir. Bundan əlavə o, iki uşağa görə 350 manat aliment təyin olunsa da, 400 manat ödəyir. Hazırda isə 1500 manat aliment borcu vardır. Alimentdən kənar əlavə 200 manat aliment ödəyə bilər. Odur ki, maliyyə vəziyyəti çox ağır olduğundan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən təyin olunmuş 9031,69 manat məbləğində borcu birdəfəlik ödəyə bilmir. Onu da qeyd edir ki, tələbkarın bildirdiyi bina evini o, ipoteka ilə əldə etmişdir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, borclu X4 “VAZ 2107” markalı, ** ES *** markalı maşınını satmış və 26000 manata “Ford” markalı avtomobil almışdır. X7 bina evi vardır. O isə atasının evində qalır. Odur ki, Zeynalov İlkin bina evini birgə nikahlarında olan övladının adına keçirərsə, o, alimentdən imtina edəcəkdir. Qeyd edilənlərə əsasən, o, qətnamənin hiss-hissə icra edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, hər ay davamlı olaraq 150 manat pulun tutulması tələbkarın haqlı mənafeyinə uyğun olmadığından, tələbkarın pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzun müddətə uzatdığına və tələbkarın məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirdiyindən məhkəmə tələbin təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə - hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266 - 268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə, hər ay 150 manat ödəniş etməklə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-370/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-370/2023
06.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver