Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-376/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim X1, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun Borclu məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə təqdimatını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-332/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu və X3 18473,43 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılov məhkəməyə təqdimatla müraciət edərək, Borclu barəsində Abşeron Rayon İcra və Probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında, yəni saat 09:00-da 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən bu qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir.Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təstiq olunur. Lakin iş materiallarında Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun borclunun məcburi gətirilməsi haqqında qərarı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 152.2-ci maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun Borclu məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun Borclu məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə təqdimatı geri qaytarılsın. İcra məmuruna təqdimatın qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-376/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-376/2022
20.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver