Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-380/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Könül İsgəndərlinin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Könül İsgəndərli təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Könül İsgəndərli təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 190 manat, cəmi 570 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd edilən icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim olunmuşdur. Lakin buna baxmayaraq borclu şəxs icra sənədi üzrə tələbi tam şəkildə yerinə yetirməmiş və 3050 manat aliment borcu yaranmışdır. Belə olan halda icra sənədinin icrası ilə bağlı borclu barəsində məcburi icra tədbirlərinin görülməsi və Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahatında Borclu təqribən 2000 manat məbləğində aliment borcu olduğunu, borclunun borca görə ona keçən ay ödəniş etdiyini bildirdi və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, müvafiq icra orqanından ona icra sənədi üzrə borcu olduğu bildirilmişdir. Lakin qeyd edir ki, o, sözügedən icra sənəd üzrə aliment borcuna görə kiçik məbləğdə ödənişlər etmişdir və tələbkara hələ də aliment ödəməkdə davam edir. Aylıq əmək haqqı 350 manat təşkil etməsinə baxmayaraq o, alimentdən əlavə övladlarının xərclərini, o cümlədən təhsil haqlarını ödəyir, onlara lazım olan ərzaqlar alır. Qeyd edir ki, icra məmuru sözügedən icra sənədi üzrə yaranmış borcu hesablayarkən səhvə yol vermişdir. Hesab edir ki, onun təxminən 300-400 manat məbləğində aliment borcu vardır. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun və tələbkarın izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1981-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-380/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-380/2024
11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver