Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-383/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-220/2018 saylı, 15 fevral 2019-cu il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-6218/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 2860 manat borc və 30 manat dövlət rüsumu pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-220/2018 saylı, 15 fevral 2019-cu il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, Borclu adına qeydiyyata alınmış və mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,69 ha ümumi birgə torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-220/2018 saylı, 15 fevral 2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş Borclu mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində 0,69 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6218/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 2860 manat borc və 30 manat dövlət rüsumu pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,69 ha torpaq sahəsinin üzərinə həbs qoyulması üçün təqdimat Abşeron Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 8(012)- 220/2018 saylı, 15 fevral 2019-cu il tarixli qərardadı ilə torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədi üzrə tələbin tam icra edildiyindən icraata xitam verilməsini və görülmüş bütün məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-6218/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi” barədə qərar qəbul edilərək icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, icra vərəqəsi üzrə yaranmış borcunu tamamilə ödəmişdir, buna görə də icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən o, mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,69 ha ümumi birgə torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6218/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan Tələbkar icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 6218/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu adına qeydiyyata alınmış və mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,69 ha ümumi birgə torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-220/2018 saylı, 15 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin və Borclu adına qeydiyyata alınmış və mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,69 ha ümumi birgə torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-383/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-383/2025
23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver