Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-385/2024 24.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin borclu X2 məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13941/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 1812 manat əsas borc və 20 manat məbləğində vəsaitin kreditor X4 ödənilməsi əmr edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-15424/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 451 manat əsas borc və 20 manat məbləğində vəsaitin tutularaq kreditor X7 ödənilməsi əmr edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13941/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 1812 manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-15424/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X1 451 manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildiriş ilə bərabər borclu X2 faktiki yaşayış ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır, həmçinin borclu bu günədək icra sənədləri üzrə tələbi təmin etməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13941/2016 nömrəli, xx.xx.2016-cı il tarixli və 2(010)-15424/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədləri icra məmurunun xx.xx.2024-cü il tarixli qərarına əsasən ümumi icraatda birləşdirilmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəflərindən qəbul edilərək borclu X2 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Lakin iş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin qəbul etdiyi borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar icra qurumunun rəhbəri tərəfindən təsdiqlənməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin borclu X2 məcburi gətirilməsi barədə təqdimatı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin borclu X2 məcburi gətirilməsi barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-385/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-385/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver