Məhkəmə qərarları › İş №8(012)-386/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-386/2024

11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-386/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şirvan Şəhər Məhkəməsinin 2(032)-256/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu 91000 manat məbləğində pulun alınaraq iddiaçı X1 verilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, cavabdeh Borclu 30 manat məbləğində pulun alınaraq iddiaçı X1 verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1448/2019 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aralarında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Borclu 15000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə, 15030 manat pulun alınması barədə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında bağlanmış 13 oktyabr 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 14496 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınması qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqələri üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-256/2018 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsinə əsasən Borclu 91000 manat məbləğində borc pulun tutulub X1 ödənilməsi və Şirvan Şəhər Məhkəməsinin 2(032)-1448/2019 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 14496 manat məbləğində borc pulun tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədləri Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzürlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, həbsdən yeni çıxmışdır və hazırda ölkə xaricinə getmək fikri yoxdur. Onun 45000 manat məbləğində borcu vardır və tələbkar X2 ona qeyd edilən məbləğdə pulu ödəyəcəyi təqdirdə borcunun silinəcəyini bildirmişdir. O, vaxtilə internet platformalarının birinə pul köçürmüş, lakin bir müddət sonra həmin platforma bağlanmış və onun pulu həmin platformada batmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədləri üzrə tələbkarlar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1988-ci il təvəllüdlü, Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-256/2018 saylı, xx.xx.2019-cu il tarixli və Şirvan Şəhər Məhkəməsinin 2(032)-1448/2019 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1988-ci il təvəllüdlü, Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar