Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-386/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-100/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 14000 ABŞ dolları (ödəniş gününə manatla) və 20 manat dövlət rüsumunun Tələbkar, 48000 ABŞ dolları (ödəniş gününə manatla) və 20 manat dövlət rüsumunun X6, 122466 manat məbləğində pul və 25 manat dövlət rüsumunun X3, 30000 ABŞ dolları (ödəniş gününə manatla) pul və 20 manat dövlət rüsumunun X5, 35000 ABŞ dolları (ödəniş gününə manatla) və 20 manat dövlət rüsumunun X2, 5000 ABŞ dolları (ödəniş gününə manatla) və 50000 manat məbləğində pul və 20 manat rüsumun X4, 50000 ABŞ dolları (ödəniş gününə manatla) və 20 manat dövlət rüsumunun X1, 50000 manat və 20 manat dövlət rüsumunun Tələbkar ödənilməsi hökm edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-100/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu fiziki şəxs xx.xx.1980-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-100/2018 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən Borclu 14000 ABŞ dolları (ödəniş gününə manatla) və 20 manat dövlət rüsumu Tələbkar, 48000 ABŞ dolları (ödəniş gününə manatla) və 20 manat dövlət rüsumu X6, 122466 manat məbləğində pul və 25 manat dövlət rüsumu X3, 30000 ABŞ dolları (ödəniş gününə manatla) pul və 20 manat dövlət rüsumu X5, 35000 ABŞ dolları (ödəniş gününə manatla) və 20 manat dövlət rüsumu X2, 5000 ABŞ dolları (ödəniş gününə manatla) və 50000 manat məbləğində pul və 20 manat rüsum X4, 50000 ABŞ dolları (ödəniş gününə manatla) və 20 manat dövlət rüsumu X1, 50000 manat və 20 manat dövlət rüsumu Tələbkar ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunmamış və borc hesabında heç bir ödəniş edilməmişdir. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, Borclu sözügedən icra sənədi üzrə ona ödəniş etmir, belə ki, Borclu 50000 ABŞ dolları borcu var. Borclu 02 avqust 2019-cu il tarixdə AR Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirləndirilərək tutulmuş, lakin daha sonra Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin müvafiq qərarına əsasən 6 ay tez azadlığa buraxılmışdır. Əvvəldən o, borclunun azadlıqdan məhrum edilməsini istəməmişdir, belə ki, vaxtilə borclu onunla yaxın olmuşdur. Borclu 2016-cı ilin yanvar ayında ona maşın yağı alveri ilə məşğul olmağı təklif etmişdir. Aralarındakı razılaşmaya əsasən borclu ölkəyə mal gətirib satacaqdı və bundan gəlir əldə edib bir müddət ona pul vermişdir. Lakin bir dəfə borclu ona pul qaytarmalı olsa da telefonlarına cavab verməmiş və o, borclu ilə əlaqə saxlaya bilməmişdir. Sonradan o, tanışının köməyi ilə borclunu tapmışdır. Bu zaman borclu polisin yanında dayanmış və polisə guya ona öldürməklə hədə-qorxu gəldiyini bildirmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, o, müvafiq ağır cinayətlər məhkəməsinin qərarı ilə bəraət almışdır. Hazırda iş üçün haraya müraciət edirsə, məhkumluğu olduğu üçün onu işə götürmürlər. Qeyd edir ki, o, 2025-ci ilin fevral ayında azadlığa çıxmışdır və ödəməli olduğu 48000 ABŞ dollarından 600 manat ödəniş etmişdir. Hazırki təqdimat üzrə onun ölkədən çıxışına məhdudiyyət qoyulsa, bu halın ona heç bir təsiri olmayacaqdır. Buna baxmayaraq o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra sənədi üzrə tərəflərin izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-100/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1980-ci il təvəllüdlü, Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 56 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-100/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1980-ci il təvəllüdlü, Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 56 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-386/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-386/2025
23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver