Məhkəmə qərarları › İş №8(012)-388/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-388/2022

27.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-388/2022 27.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İcra sənədi üzrə Tələbkar iştirakı ilə, Borclu məxsus torpaq sahəsi üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu məxsus torpaq sahələri üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılovun təqdimatı məhkəməyə daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1137/2016 saylı, 09.03.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 35155 manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzi tutularaq Tələbkar verilməlidır. Borclunun adına əmlakların olubolmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli torpaq sahələri qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahələri üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. İcra sənədi üzrə Tələbkar təqdimatın əsaslı olduğunu göstərib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı tədqiq edib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi məlumatlarından müəyyən edilir ki, icra sənədi üzrə Borclu mülkiyyətində ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli torpaq sahələri (ehtiyat fondu torpaqları kateqoriyalı) vardır. Qobu qəsəbəsində yerləşən 8 ədəd torpaq sahəsi sahibkarlıq təyinatlıdır və bütün sahələrin ümumi ölçüsü 0,4428 ha-dır. Əmlakların mülkiyyətçisi Borclu isə Abşeron Rayon Məhkəməsinin 2(012)-1137/2016 saylı, 09.03.2016-cı il tarixli icra sənədində göstərilən tələbləri qanunla nəzərdə tutulmuş vaxtda yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, icrasız qalır. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Bununla belə, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli torpaq sahəsinin borclunun mülkiyyətində olması barədə mötəbər sübut təqdim edilmədiyindən, həmçinin üzərinə həbs qoyulmuş əmlakların açıq hərracda satılması məsələsi icra məmurunun səlahiyyətinə aid olduğundan məhkəmə hesab edir ki, təqdimat bu hissələrdə təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Qobu kəndində yerləşən ümumi ölçüsü 0,4428 ha olan ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli torpaq sahələri (ehtiyat fondu torpaqları kateqoriyalı) üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar