Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-388/2023 13.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1469/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 1469/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Samsung A13” markalı mobil telefonun üzərinə həbsin qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-l469/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat aliment pulunun tutularaq X1 ödənilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazırki vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. Belə olan halda, Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə gəlmiş, borcu ödəyə bilmədiyi üçün borclunun üzərinə baxış keçirilmiş və borcluya məxsus “Samsung A13” markalı mobil telefon aşkar edilmişdir. İcra məmuru tərəfindən “əmlaka həbs qoyulması barədə” protokol tərtib olunaraq qeyd olunan mobil telefon təhvil alınmışdır. Göstərilənlərə əsasən təqdimat təmin edilməlidir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs, icra sənədi üzrə tələbkar və borclu məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1469/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat aliment pulunun tutularaq X1 ödənilməsi qət olunmuşdur. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Həmin icra işi üzrə borclu icra məmuru tərəfindən şöbəyə dəvət edilmiş və Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə gəlmiş, borcu ödəyə bilmədiyi üçün borclunun üzərinə baxış keçirilmiş və borcluya məxsus “Samsung A13” markalı mobil telefon aşkar edilmişdir. İcra məmuru tərəfindən “əmlaka həbs qoyulması barədə” protokol tərtib olunaraq qeyd olunan mobil telefon təhvil alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1469/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Samsung A13” markalı mobil telefonun üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1469/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Samsung A13” markalı mobil telefonun üzərinə həbs qoyulsun. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-388/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-388/2023
13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver