Məhkəmə qərarları › İş №8(012)-39/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-39/2025

28.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-39/2025 28.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə Borclu Tələbkar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4364/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Tələbkar iddiaçı Borclu xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Tələbkar ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4364/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar iddiaçı Borclu xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, qanunla nəzərdə tutulmuş qaydada “İcraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclu şöbəyə dəvət olunaraq xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. İcra sənədinin icra vəziyyətini yoxlamaq məqsədi ilə borclu Tələbkar xx.xx.2025-ci tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və icra sənədi üzrə aliment borcundan ümumiyyətlə ödəniş etməməsi məlum olunmuşdur. Belə olan halda borclunun izahatı alınmış, icra sənədində nəzərdə tutulmuş tələbin dərhal icra olunması ondan tələb edilmiş və barəsində görüləcək məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı rəsmi qaydada xəbərdarlıq borcluya təqdim edilmişdir. Lakin, həmin tarixdən bu günə qədər məhkəmə qərarı borclu tərəfindən icra edilməmiş, hal-hazırdaki aliment üzrə borc 940 manat təşkil edir. Eyni zamanda müvafiq sorğular nəticəsində müəyyən edilmişdir ki, borclu mütəmadi olaraq ölkəyə giriş-çıxışlar edir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Tələbkar ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borclu Tələbkar tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1989-cu ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu Tələbkar ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4364/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1989-cu ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu Tələbkar ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar