Məhkəmə qərarları › İş №8(012)-392/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-392/2025

03.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-392/2025 03.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın, Borclu iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1221/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 11 oktyabr 2023-cü il tarixdən başlayaraq Borclu hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq 14 mart 2021-ci il tarixdə doğulmuş X1 və 05 may 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar verilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(037)-1221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə 11 oktyabr 2023-cü il tarixdən başlayaraq Borclu hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq 14 mart 2021-ci il tarixdə doğulmuş X1 və 05 may 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün müddət müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və 3595 manat aliment borcu yaranmışdır. Hesab edirlər ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova izahat verərək bildirdi ki, hazırki iş ilə əlaqəli olan icra işi əvvəl Orxan Məmmədovun icraatında olmuş, onun icraatına yeni daxil olmuşdur. Borclu yaranmış aliment borcuna görə ödənişlər etmiş və bununla bağlı müvafiq qəbzlər iş materiallarına əlavə edilmişdir. Borclunun hazırda 805 manat borcu qalmışdır. Lakin təqdimat məhkəməyə təqdim edilənə kimi borclunun icra sənədi üzrə 3595 manat borcu olmuşdur. Odur ki, borclu tərəfindən borca görə ödəniş edildiyindən o, təqdimatın təmin edilməməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, icra məmuru işi araşdırmadan təqdimat ilə məhkəməyə müraciət etmişdir. Belə ki, onun 8600 manat borcu olmuş, iyun ayına kimi borca görə 4575 manat pul ödəmişdir. Həmçinin onun əlavə olaraq 2900 manat məbləğində ödəniş etməsi iş materiallarında olan çeklər ilə özü təsdiqini tapır. O, 250 manat məbləğində pulu icra məmuruna, 300 manat məbləğində pulu isə qarşı tərəfin digər kartına atmışdır. Göstərilənlərə əsasən o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə Tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə borclunun izahatını dinləyərək, təqdimatı və iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1221/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən göründüyü kimi 11 oktyabr 2023-cü il tarixdən başlayaraq Borclu hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq 14 mart 2021-ci il tarixdə doğulmuş X1 və 05 may 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar verilməsi qət edilmişdir. Lakin iş materiallarında olan qəbzlərin surətindən görünür ki, Borclu sözügedən icra sənədi üzrə yaranmış borca görə 2025-ci il üzrə müvafiq tarixlərdə 1000 manat, 145 manat, 900 manat və 1000 manat olmaqla cəmi 3045 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova məhkəmə iclasında izahatında Borclu tərəfindən aliment borcu üzrə ödənişlər edildiyini və borclunun hazırda 805 manat borcu olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1221/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borca görə ödəniş edildiyindən hazırda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində icra hərəkətinin həyata keçirilməsi zərurəti aradan qalxmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar