Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-393/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-176/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0117 ha torpaq sahəsinin 0,0046 ha (46 kv.metr) hissəsində cavabdeh Borclu oğlıı və 0,0016 ha (16 kv.metr) hissəsində X3 tərəfindən inşa edilmiş özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin 10 manat cavabdeh Borclu və 10 manatı X1 tutularaq Tələbkar ödənilməsi və cavabdehlər Borclu 25 manat və X1 25 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-176/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0117 ha torpaq sahəsinin 0,0046 ha (46 kv.metr) hissəsində cavabdeh Borclu oğlıı və 0,0016 ha (16 kv.metr) hissəsində X3 tərəfindən inşa edilmiş özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin 10 manat cavabdeh Borclu və 10 manatı X1 tutularaq Tələbkar ödənilməsi və cavabdehlər Borclu 25 manat və X1 25 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq borclu şəxs tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclular Borclu və X2 isifadəsində olan mobil nömrələr ilə əlaqə saxlanılmış, həmçinin sms bildiriş göndərilmişdir. Lakin, o icra məmurlarının çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-176/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə öhdəliklərini icra etməmişdir. Bu səbəbdən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, İmişli rayonu, Buludlu kəndi ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi ünvanında yaşayan Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-176/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1984-cü il təvəllüdlü İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, İmişli rayonu, Buludlu kəndi ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi ünvanında yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-393/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-393/2022
03.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver