Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-395/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(012)- 2164/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələrinin icrasına möhlət verilməsi barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(012)-2164/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələrinin icrasının 6 ay müddətinə dayandırılması, bu müddət ərzində güzəştli şərtlərlə ödəniş planı hazırlamaq üçün imkan yaradılması və banklarla restrukturizasiya və danışıqlar aparması üçün hüquqi mühit yaradılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsi tərəfindən 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(012)-2164/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarlar əsasında onun əleyhinə icra vərəqələri çıxarılmışdır. Tələbkar "xxxx" ASC-yə olan borca görə onun pensiya kartından hər ay pul tutulur. Halbuki ona qarşı əmək haqqı borcları üzrə işəgötürən tərəfindən ödəniş həyata keçirilməmişdir. 2025-ci ilin yanvar-fevral ayları üzrə 7500 manat, 2024-cü ilin noyabr-dekabr ayları üzrə 5000 manat ona ödənilməli olan əmək haqqı vardır. O, ağır sosial vəziyyətdə — xəstəlik, əlillik və yaşayış təminatı olmadan qalmışdır. Bir vaxtlar o, SOCAR-da təlimatçı işləmiş və bankalara olan borclarını ödəmişdir. Belə ki, borcu olan şirkətlər onu mütəxəssis kimi SOCAR-dan istəmiş, o da aldadılacağını bilmədiyindən razı olmuşdur. O, hazırda işsizdir və hazırda müvafiq məşğulluq orqanına da müraciət etmişdir. Onun sertifikatları olsa da onların reyestri yoxdur. Özəl təşkilatlar da ondan lisenziya istəyir, təkliflər olsa da əslində onun lisenziyası yoxdur. Ona əlillik ilə bağlı təxminən 400-500 manata yaxın pul verilir. Ancaq o, kartı aliment ilə əvəzləşdirmiş və həyat yoldaşına vermişdir. Bir qrup dəstə vardır ki, həmin dəstə cinayətkarlıqla məşğuldur və əmək haqqını ona vermir. Bununla bağlı onun dövlət orqanlarına müraciətləri və cinayət tərkibli şikayətləri üzrə istintaq davam edir. O, qeyd edilən məsələlərin araşdırılması üçün sözügedən qətnamələrin icrasına möhlət verilməsini istəyir. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq Tələbkar3 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin həmin şirkətin nümayəndəsi X6 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 6118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barəsində borclu X8 tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edirlər ki, məhkəmə qətnaməsi ilə borcun birdəfəlik ödənilməsi nəzərdə tutulsa da qət edilmiş məbləğ bu günədək tam şəkildə ödənilməmişdir və borclunun iddianın aid olduğu 5955sCNTRb/23 nömrəli kredit müqaviləsi üzrə bugünkü tarixə qalıq borcu 1419,09 manat təşkil edir. Şərh edilənlərin nəzərə alınaraq, o, Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barəsində borclu X5 tərəfindən verilmiş ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq digər tələbkar "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin həmin şirkətin nümayəndəsi Elvin Məmmədov məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, X5 tərəfindən ünvan ariat ofisinin 8İ-2424 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə (icra işi №: e-2(012)-2164/2025) “güzəşt edilmə və icra tədbirlərinin müvəqqəti dayandırılması”na dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəzərə çatdırırlar ki, borclu tərəfindən “güzəşt edilmə və icra tədbirlərinin müvəqqəti dayandırılması”na dair məhkəməyə təqdim edilmiş ərizə tamamilə qanunsuz və əsassızdır. Qeyd edirlər ki, borclu tərəfindən icra sənədi üzrə güzəşt edilmə xahişinin məhkəmə qaydasında baxılması qanunvericilikdə müəyyən edilməmişdir. Bu müraciət və restrukturizasiya haqqında məsələnin hüquq müstəvisincə baxılması birbaşa tələbkara müraciət edilməklə, müvafiq şərtlər əsasında həll olunur. İcra tədbirlərinin müvəqqəti dayandırılması əsasları və proseduru isə “İcra haqqında” AR Qanununun 17-19 və 21-ci maddələrində nəzərdə tutulmuşdur. Həmçinin AR Mülki Prosessual Məcəlləsinin 27.1-ci maddəsinə əsasən icra üzrə icraatın dayandırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Bununla yanaşı sözügedən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə icraatın dayandırılması üçün heç bir əsas yaranmamışdır. Bu səbəbdən hesab edirlər ki, Rasim Bəylərbəyov tərəfindən məhkəməyə təqdim edilmiş ərizə təmin edilməməli və borclu barəsində icra şöbəsi vasitəsilə müvafiq məcburi icra tədbirləri görülməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən o, iş üzrə keçiriləcək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilərək Rasim Bəylərbəyov tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X3 1491,51 manat əsas, 251,67 manat faiz, 70,35 manat cərimə olmaqla, cəmi 1813,53 manat borc və ödənilmiş 38,59 manat dövlət rüsumunun əvəzinin "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2164/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X3 xx.xx.2023-cü il tarixli, BPM**********81 saylı kredit müqaviləsinə əsasən 19288,72 manat əsas, 2367,62 manat faiz, 0,03 manat cərimə borcu olmaqla, cəmi 21656,37 manat məbləğində kredit borcu, 154,97 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə ərizəçinin ərizəsinin məzmunundan və məhkəmədəki izahatından məlum olur ki,ərizəçi Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(012)- 2164/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələrinin icrasına 6 ay möhlət verilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib,iş materiallarını araşdırıb qətnamənin icrasına möhlət verilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi X2ndan Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 1491,51 manat əsas, 251,67 manat faiz, 70,35 manat cərimə olmaqla, cəmi 1813,53 manat borc və ödənilmiş 38,59 manat dövlət rüsumunun əvəzinin "xxxx" KB ASC-nin, Abşeron Rayon Məhkəməsinin 2(012)-2164/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 19288,72 manat əsas, 2367,62 manat faiz, 0,03 manat cərimə borcu olmaqla, cəmi 21656,37 manat məbləğində kredit borcu, 154,97 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(012)-2164/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələrinin qanuni qüvvəsini almasından uzun bir müddət keçməsini,həmçinin möhlət verilməsi il bağlı əsasların müəyyən edilmədiyini nəzərə alsaq, hazırki vəziyyətdə qətnamələrin icrasına möhlət verilməsi tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətinin pozulması ilə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunan xüsusatlar məhkəməyə ərizənin rədd edilməsinə əsas verdiyindən məhkəmə hesab edir ki, bu xüsusatlar tələbin Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(012)-2164/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələrinin icrasının 6 ay müddətinə möhlət verilməsi halında bu müddət ərzində güzəştli şərtlərlə ödəniş planı hazırlamaq üçün imkan yaradılması və banklarla restrukturizasiya və danışıqlar aparılması üçün hüquqi mühit yaradılması hissələrinə də qiymət verilməsi zərurətini aradan qaldırır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-6118/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(012)- 2164/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələrinin icrasına 6 ay möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-395/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-395/2025
09.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver