Məhkəmə qərarları › İş №8(012)-397/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-397/2022

08.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-397/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-586/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin onun üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) naturada bölgüsünün aparılması, aparılmış ekspertiza tədqiqatına görə 50 manatın 25 manat hissəsinin Tələbkar, 25 manat hissəsinin isə X1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-586/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilən xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin onun üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) naturada bölgüsünün aparılması qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəməyə bu barədə məlumat verilmişdir. Məhkəmə qətnaməsində torpaq sahəsinin hansı formada, hansı koordinatda bölgüsünün aparılması (kimə nə qədər pay düşməsi) və üzərində olan tikilinin kim tərəfdən sökülməsi qeyd olunmamışdır. Bu da icra sənədinin icra olunmasına maneə yaradır. Bütün bunları nəzərə alaraq və “İcra haqqında” Qanunun 14-cü maddəsini rəhbər tutaraq Abşeron rayon Məhkəməsinin 2(012)-586/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına yuxarıda göstərilən hissədə, yəni: 1) Torpaq sahəsinin hansı koordinatda bölgüsü? 2) İş üzrə tərəflərə düşən payın nə qədər olması? 3) Tikililərin kim tərəfindən sökülməsi? hissəsində müvafiq izahın verilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsinə əsasən, torpaq sahəsinin hansı koordinatlarda bölgüsünün aparılması, tərəflərin payının hansı ölçüdə olması və tikililərin kim tərəfindən sökülməsi məsələsinə cavab tapılmadığından icranın həyata keçirilməsi mümkün olmamışdır. Odur ki, qətnamənin izah edilməsinə ehtiyac yaranmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Tələbkar ərizəni qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra sənədi üzrə borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə icra sənədi üzrə tələbkar və icra məmurunun izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək, sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Belə ki, mülki iş materiallarında olan: -Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-586/2021 saylı icra sənədi üzrə icraata başlanılaraq tərəflərə könüllü icra müddəti barədə məlumat verilmişdir. -2(012)-586/2021 saylı mülki iş materiallarına əlavə olunmuş və Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsinə əsasən tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin 0.022 ha hissəsi X2 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi, 0.088 ha hissəsi isə Tələbkar adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. -2(012)-586/2021 saylı mülki iş materiallarına əlavə olunmuş və Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsinə əsasən tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4267 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Çıxarışına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin Tələbkar 0.088 ha pay hissəsi və X2 0.022 ha pay hissəsinə mütənasib olaraq bölünməsi həmin torpaq sahəsi üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) mümkündür. Rəydən daha sonra görünür ki, tədqiqat Abşeron rayonu ərazisində yerləşən torpaq sahələri üzrə aparılmış, tədqiqatın aparılması üçün tədqiqat obyektinə baxış keçirilmiş və mülki iş materiallarından istifadə olunmuşdur. Mülki iş materiallarından göründüyü kimi, sözügedən torpaq sahəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşir. Torpaq sahəsi 0.11 hektardır. Torpaq sahəsinin 0.022 ha hissəsi X2, 0.088 ha hissəsi isə Tələbkar mülkiyyətindədir. Bundan əlavə qeyd olunur ki, torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcuddur. Baxış zamanı torpaq sahəsi üzərində müxtəlif yarımçıq tikililərin olduğu müəyyən edilmişdir. Torpaq sahəsi iki tərəfdən yol ilə, iki tərəfdən isə həyətyanı sahələr ilə əhatə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)- 586/2021 saylı qətnaməsinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin və onun üzərindəki tikililərin nəzərə alınmadan (tikililər söküldükdən sonra) naturada bölgüsünün aparılması qət edilmiş və həmin icra sənədi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin qətnamənin icrası mərhələsində çətinliklərin yaranması onun icrasına maneə yaradan hal olduğundan və nəticə etibarı ilə mübahisə predmeti olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin naturada bölgüsü mümkün olmamışdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin hansı koordinatlarda aparılması, tərəflərin payının hansı ölçüdə olması və tikililərin kim tərəfindən sökülməsi mübahisə yaratmışdır ki, nəticədə, icra sənədini icra edən icra məmuru tərəfindən icra sənədinin həmin suallara cavab verilməsi məqsədilə ərizə ilə məhkəməyə müraciət edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli № 4 nömrəli Qərarının 14. bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qanunun və Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanıb qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin naturada bölgüsünün aparılması onun icrası mərhələsində ziddiyyətlərin və bu hal nəticə etibarı ilə mülkiyyətçinin mənafeyinin pozulması ilə nəticələndiyindən məhkəmə, məhkəmə aktının nəticə hissəsinə izah verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə icra sənədinin izah verilməsinə dair icra məmurunun ərizəsində qoyulmuş suallara cavab olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə, ərizədə icra mərhələsinə maneə yaradan hal olaraq torpaq sahəsinin hansı koordinatlarda bölgüsünün aparılması və tərəflərə düşən payın ölçüsüdür. Məhkəmə həmin sualla bağlı qeyd edir ki, 2(012)-586/2021 saylı mülki iş üzrə aparılmış məhkəmə tədqiqatı zamanı mübahisə predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışa əsasən, 0.022 ha hissəsinin X2 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi, 0.088 ha hissəsinin isə Tələbkar adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən edilmiş və torpaq sahəsinin həmin bölgülərə uyğun olaraq naturada bölgüsü aparılandan sonra paylara uyğun çıxarışın verilməsi üçün tərəflər aidiyyəti quruma müraciət etməlidir. Məhkəmə icra məmurunun ərizəsində qeyd olunan tikililərin kim tərəfindən sökülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin sualla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur və mübahisə yaranacağı təqdirdə tərəflərin müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Belə ki, mübahisəli torpaq sahəsində tikililərin olması ekspert rəyi əsasında müəyyən olunmuş və məhkəmə 2(012)-586/2021 saylı mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4267 saylı rəyini əsas sübut növü kimi qiymətləndirib nəzərə almış və ekspert rəyi əsasında alınmış nəticəni məhkəmə aktının “Qət etdi” hissəsində də qeyd etmişdir. Belə ki, torpaq sahəsinin bölgüsü aparılarkən tədqiq olunmuş ekspert rəyinə əsasən, tikililər nəzərə alınmadan həyata keçirilməli, tikililərin sökülməsi mübahisə doğuracağı təqdirdə isə tikilinin düşdüyü torpaq sahəsinin mülkiyyətçisi tərəfindən məhkəməyə müraciət edilməklə həmin mübahisə həll edilməlidir. Beləliklə, məhkəmə ərizə və ərizəyə əlavə olunmuş sənədləri qiymətləndirib belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilməlidir: “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi Tələbkar 0.088 ha pay hissəsinə və X2 0.022 ha pay hissəsinə mütənasib olaraq onun üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) naturada bölgüsü aparılsın.” Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-586/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-586/2021 saylı qətnaməsinə bölgünün aparılmasına dair hissəsinə aşağıdakı məzmunda izah verilsin: “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin Tələbkar 0.088 ha pay hissəsinə və X2 0.022 ha pay hissəsinə mütənasib olaraq onun üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) naturada bölgüsü aparılsın.” Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar