Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-398/2023 01.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin, Borclu, Tələbkar iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu məcburi qaydada şöbəyə gətirilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1468/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, icra sənədi üzrə qeyd olunan Borclu məxsus əmlaklar Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Ah küçəsindəki 49 saylı evdən çıxarılması qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli məhkəməyə təqdimatla müraciət edərək Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli təqdimatını onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1468/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, icra sənədi üzrə qeyd olunan Borclu məxsus əmlaklar Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Ah küçəsindəki 49 saylı evdən çıxarılması qərara alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar, iş üzrə Borclu tərəfimizdən dəfələrlə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üxrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-1468/2022-010 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Bunlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, xəstəxanada işləyir və bu məsələ bağlı işində problemlər yaşayır. O, dəfələrlə rəisin və icraçının qəbulunda olmuşdur. O, bir dəfə əşyaları götürmək üçün getmiş, lakin qapı bağlı olmuşdur. Ayın 8-də məhkəmə olmuş, lakin ona ayın 9-da gəlməli olduğu bildirilməmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2023-cü ildə gəlib cehiz əmlaklarını götürəcəkləri ona deyilmişdir. Borclu cehiz əmlaklarının bir hissəsini çıxarmış, bir hissəsi isə evdə qalmışdır. Odur ki, o, qalan cehiz əmlakların evdən çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, artıq Abşeron Rayon Məhkəməsinin 2(012)-1468/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra olunduğu üçün Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-398/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-398/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver