Məhkəmə qərarları › İş №8(012)-399/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-399/2024

11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-399/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Laçın Rayon Məhkəməsinin 2(047)-364/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu, X1 və X2 müştərək qaydada 11404,58 ABŞ dolları əsas, 750 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə pulu, cəmi 12354,58 ABŞ dolları məbləğində pulun ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “Finca Azerbaijan” X3-Bank Kredit Təşkilatına ödənilməsi, iddia tələbinin qalan hissədə isə rədd edilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 2(047)-364/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.1970-ci ildə anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Borclu cəmi 12354,58 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "Finca Azerbaijan" MM QBKT-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi Borclu aid hissədə icra olunması üçün xx.xx.2024-cü il tarixində Abşeron Rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunla nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edildikdən sonra Borclu xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, icra sənədinin mahiyyəti izah edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya şəxsən təqdim edilmişdir. Könüllü icra müddəti bitdikdən sonra icra sənədinin icra vəziyyətini yoxlamaq məqsədi ilə borclu xx.xx.2024-cü il tarixdə yenidən şöbəyə dəvət olunmuş və həmin müddət ərzində də icra sənədini icra etməməsi məlum olmuşdur. Belə olan halda borclunun izahatı alınmış və məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı xəbərdarlıq borcluya təqdim edilmişdir. Lakin həmin tarixdən bu günə qədər məhkəmə qərarı borclu tərəfindən icra edilməmişdir, hazırda borc 12354,58 ABŞ dolları təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Həmçinin aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Borclu ölkə hüdudlarını tərk etməyə imkan verən ümumi vətəndaş pasportuna malikdir və eyni zamanda müvafiq sorğular nəticəsində müəyyən edilmişdir ki, borclu əvvəllər də fərqli tarixlərdə ölkəyə giriş-çıxışlar edib. Bununla bağlı hesab edir ki, məhkəmə qərarının icrasını təmin etmək və gələcəkdə borclu tərəfindən ölkəni tərk etmək ehtimalının qarşını almaq məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, sözügedən icra sənədində qeyd edilmiş borc üzrə keçən həftə ödəniş etmişdir və hər ay 100 ABŞ dolları məbləğində olmaqla borca görə ödəniş etməyə davam edir. Hazırda onun 10160 ABŞ dolları məbləğində borcu vardır. Qeyd edir ki, o, bəzən işi ilə əlaqədar olaraq ölkə xaricinə gedir. Odur ki, göstərilənlərə əsasən o, təqdimatın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tələbkar şirkətin nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1970-ci il təvəllüdlü, ünvan 1ində anadan olmuş, ünvan 1ində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi 57 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Laçın Rayon Məhkəməsinin 2(047)-364/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1970-ci il təvəllüdlü, ünvan 1ində anadan olmuş, ünvan 1ində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi 57 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar