Məhkəmə qərarları › İş №8(012)-40/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-40/2024

17.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-40/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-4071/2015 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu MMC-yə məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-4071/2015 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu MMC-yə məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin təqdimatı bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4071/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X1 və Borclu MMC-dən birgə qaydada 9.451,25 manat və 30 manatın tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2015ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu MMC-yə məxsus “Hyundai Country” markalı, H017744 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması üçün təqdimat Abşeron Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 8(012)-1310/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclu borcu tam ödədiyindən tələbkar "xxxx" ASC şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu MMC mülkiyyətində “Hyundai Country” markalı, H017744 dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclular və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tələbkar, borclular və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-4071/2015 saylı icra sənədinə əsasən X1 və Borclu MMC-dən birgə qaydada 9.451,25 manat və 30 manat tutularaq "xxxx" ASC-nin hesabına köçürülməlidir. Borclular icra sənədi üzrə borcu qanunla nəzərdə tutulmuş müddətdə ödəməkdən yayınmışlar. Həmin icra işi üzrə icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar verilmiş sorğuya əsasən Borclu MMC-nin mülkiyyətində “Hyundai Country” markalı, H017744 dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmiş, icra məmurunun təqdimatına əsasən həmin əmlakın üzərinə həbs qoyulmuşdur. Bundan sonra isə icra sənədi üzrə tələb edilən məbləğ ödənildiyi üçün icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-4071/2015 saylı icra sənədinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə icraata xitam verildiyindən hazırda borclunun əmlakı üzərinə qoyulmuş həbsin saxlanılmasına heç bir zərurət qalmamışdır. Buna görə də həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.3-cü maddəsinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(012)-1310/2016 nömrəli qərardadı ləğv edilsin və Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 4071/2015 saylı icra sənədi üzrə Borclu MMC-yə məxsus “Hyundai Country” markalı, H017744 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar