Məhkəmə qərarları › İş №8(012)-404/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-404/2023

17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-404/2023 17.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-263/2018 saylı, 15 mart 2018-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-2189/2018 saylı, 28 fevral 2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 621,21 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-263/2018 saylı, 15 mart 2018-ci il tarixli qərardadına əsasən, Borclu məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.10 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.05 ha olan torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2189/2018 saylı, 28 fevral 2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 621,21 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-263/2018 saylı, 15 mart 2018-ci il tarixli qərardadına əsasən, Borclu məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.10 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra sənədinə xx.xx.2019-cu il tarixində “İcra Haqqında” AR Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, icra vərəqəsi üzrə borcu tam bağlamışdır. Bu səbəbdən o, torpaq sahəsinin üzərindən həbsin götürülməsini və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2189/2018 saylı, 28 fevral 2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.05 ha olan torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-263/2018 saylı, 15 mart 2018-ci il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.05 ha olan torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar