Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-405/2023 02.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Elman Tofiq oğlu Məmmədov, X1 Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş axtarış haqqında qərarın icra edilməsi vəzifəsinin Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə şikayət ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon məhkəməsinin 2(012)1021/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin icrasını təmin etmək məqsədi ilə borclu ünvan 1 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü X2 barəsində Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş axtarış haqqında qərarın icra edilməsi vəzifəsinin Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 30-cu hissəsinin 5-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi inzibati orqandır. Şikayət ərizəsinin məzmunundan göründüyü kimi, ərizəçi şikayət ərizəsində Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş axtarış haqqında qərarın icra edilməməsi ilə bağlı inzibati orqan olaraq Abşeron Rayon Polis İdarəsinin hərəkətsizliyindən şikayətçidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Abşeron Rayon Polis İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkib hissəsi olduğundan yuxarıda qeyd olunan hüuqi mövqeyə əsasən ərizəçi X3 Rayon Polis İdarəsinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və ya inzibati məhkəməyə şikayət verməlidir. Məhkəmə hesab edir ki, MPM-in 153.2.1-ci maddəsinin müddəası hazırki şikayət ərizəsinə qanunun analogiyası qaydasında tətbiq olunmalı və X1 Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş axtarış haqqında qərarın icra edilməsi vəzifəsinin Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci madəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş axtarış haqqında qərarın icra edilməsi vəzifəsinin Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər yolverilməzliyinə görə qəbul etməkdən imtina olunsun. Ərizəçiyə aidiyyəti üzrə yuxarı orqana və inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-405/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-405/2023
02.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver