Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-406/2023 23.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1 və X8, Maraqlı şəxs icra məmuru Vadim Əliyevin iştirakı ilə, X1, X15, X16 və X9 Abşeron rayon məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilərək dayandırılması, X10 cavabdeh X6 və Sumqayıt şəhər 4 Saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Nərimanov rayon Məhkəməsində baxılıb mahiyyəti üzrə həll olunanadək icra hərəkətlərinin dayandırılması haqqında barədə şikayət ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1, X15, X16 və X17 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayon məhkəməsinin 2(012)- 701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilərək dayandırılması, X10 cavabdeh X6 və Sumqayıt şəhər 4 Saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsində baxılıb mahiyyəti üzrə həll olunanadək icra hərəkətlərinin dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişlər. X2 məhkəmə iclasında ərizəni onunla əsaslandırdı ki, hazırda Abşeron Rayon Məhkəməsinin 2(012)- 701/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnmaməsi ilə (hakim E.Kazımov) xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X4 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun və X11 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçı X7 təhvil verilməsi qət edilmişdir. Həmin qətnaməyə icra vərəqəsi verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayon məhkəməsinin 2(012)- 701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətləri həyata keçirilmişdir. İcra hərəkətləri icraçı X12 icraatında olmuşdur. Bildirir ki, həmin ünvanda ünvan 1un ailə üzvləri olan X18, X17, X20 yaşayırlar. X21 orada ümumiyyətlə yaşamır. Bunu nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasını qeyri-mümkün edən bu hallar mövcuddur. Bundan başqa həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Fərdi yaşayış evindən başqa şəxslərin çıxarılması qətnamədə qət edilməmişdir. Buna baxmayaraq onların yaşadıqları bu evə dəfələrlə icraçılar gələrək onları narahat edir. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərədə tutulmuş yaşayış və mənzildəm maneəsiz istifadə hüquqlarını pozurlar. Hansı ki, bu evdə nə o, nə də X21 yaşamırlar. Bundan başqa onun cavabdeh X6 və Sumqayıt şəhər 4 Saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılması üzrə mülki iş Nərimanov Rayon Məhkəməsinin hakimi cənab R.Quliyevin icraatındadır. Mülki işin baxılması xx.xx.2023-cü il tarixə 15:00 təyin edilmişdir. Hazırda onun cavabdeh X6 və Sumqayıt şəhər 4 Saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmağına baxmayaraq Maraqlı şəxs icraçısı X22 eyni mübahisə üzrə eyni tərəfər arasında mübahisənin davam etməsini nəzərə alamayaraq mübahisə həll olunanadək icra hərəkətlərini dayandırmır. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər ərizəçi X15 məhkəmə iclasında izahatında bildirdi ki, o, sözügedən Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Onun həmin evdən çıxarılması barədə heç bir sənəd yoxdur. X21 isə sözügedən evdə yaşamır. Torpaq sahəsinin sahibləri torpağı həm ona, həm başqasına sataraq onu aldatmışlar. Odur ki, o, 16 ildir ki, ev tikmiş və orada yaşamışdır. Onun ev tikməyinə qonşular da şahiddir. Qeyd edilənlərə əsasən, o, şikayətin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs icra məmuru Vadim Əliyev məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən, Rüstəmov Ələmdara məxsus kənd təsərrüfatlı torpaq sahəsindən Fərman və Dilbər çıxarılmalıdır. İlkin olaraq icra sənədi xx.xx.2022-ci ildə icraata daxil olmuş, lakin icra sənədi könüllü olaraq icra olunmamış və bir dəfəyə məcburi şəkildə icra olunmuşdur. xx.xx.2022-ci ildə icra sənədi üzrə icraata xitam verilmişdir. Ələmdar Rüstəmov icra məmurunun icraata xitam verilməsi barədə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023cü il tarixli qərarı ilə icra məmurunun qərarı ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Nadirov Fərman bu qərardan şikayət vermişdir. Lakin qərar qüvvədə qalmış və icra tədbirləri yenidən başlanılmışdır. Onlar bir dəfə mübahisəli əraziyə getmişlər, lakin xanım alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, lakin xeyrinə qərar qəbul edilməmişdir. 24 avqust tarixi üçün məcburi çıxarılma ilə bağlı icra tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq digər ərizəçilər və tələbkar məhkəməyə gəlmədiklərinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(102)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, tələbkar X13 tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 8(012)-140/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(102)-336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin izah edilməsi barədə ərizəçi-X3nun ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022-012 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X10 və X11 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçı X6 təhvil verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Maraqlı şəxs icra məmuru Nicat Ramazani xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlamış, bu barədə icra sənədi üzrə tərəflərə məlumat vermiş və son nəticədə xx.xx.2022-ci il tarixdə icra sənədini icra etmiş, bu barədə tərəflərin, o cümlədən tələbkar Ə.A.Rüstəmovun iştirakı ilə akt tərtib etmiş, mübahisəli torpaq sahəsini boşaldaraq ona təhvil vermişdir. İcra məmuru xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayon Polis İdarəsinə müraciət edərək, X10 və X11 gələcəkdə həmin ünvanda mübahisə və münaqişə yarada biləcəklərini, bununla əlaqədar olaraq həmin ünvanın nəzarətdə saxlanılması üçün orada xidmət aparan sahə müvəkkilinə müvafiq xidməti tapşırığın verilməsini xahiş etmişdir. Daha sonra isə qətnamə tam icra olunduğundan xx.xx.2022-ci il tarixli qərarla icra icraatına xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, X3 və onun ailəsi Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edildikdən sonra tələbkara məxsus torpaq sahəsində yerləşən tikilidə yaşamağa davam edirlər. Bu isə qeyd edilən icra sənədinin hələ də tam icra edilmədiyini təsdiq edir. Mübahisəli torpaq sahəsində yerləşən tikilidə cavabdeh X10 yenə də ailəsilə birlikdə yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneçilik kimi qiymətləndirilməlidir. Belə olan halda haqlı olaraq Abşeron Rayon Məhkəməsinin 8(102)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbkar X13 tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Lakin hazırda X1, X15, X16 və X17 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayon məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilərək dayandırılması, X10 cavabdeh X6 və Sumqayıt şəhər 4 Saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsində baxılıb mahiyyəti üzrə həll olunanadək icra hərəkətlərinin dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etsələr də, lakin ərizədə qeyd edilən tələb, “İcra haqqında” Qanununun 17-ci və 18-ci maddələrində göstərilən xüsusatlarda müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, X1, X15, X16 və X9 Abşeron rayon məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilərək dayandırılması, X10 cavabdeh X6 və Sumqayıt şəhər 4 Saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Nərimanov rayon Məhkəməsində baxılıb mahiyyəti üzrə həll olunanadək icra hərəkətlərinin dayandırılması haqqında barədə şikayət ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1, X15, X16 və X9 Abşeron rayon məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilərək dayandırılması, X10 cavabdeh X6 və Sumqayıt şəhər 4 Saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Nərimanov rayon Məhkəməsində baxılıb mahiyyəti üzrə həll olunanadək icra hərəkətlərinin dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-406/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-406/2023
23.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver