Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-406/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4351/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 5907,92 manat məbləğində pul vəsaiti və ödənilmiş 92 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4351/2024 saylı, xx.xx.2025ci il tarixli icra sənədinə əsasən borclu fiziki şəxs xx.xx.1985-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4351/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 5907,92 manat məbləğində pul vəsaiti və ödənilmiş 92 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunmamış və borc hesabında heç bir ödəniş edilməmişdir. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, borclunun mülkiyyətində avtomobil aşkar edilmişdir. Həmin avtomobilin yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2025-ci il tarixdə “borclunun əmlakının axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün AR DİN DYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə göndərilmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq Tələbkar məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, borcun ödənilmədiyini bildirmiş və bunun nəzərə alınaraq təqdimata onun iştirakı olmadan baxılmaqla təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, onun üç azyaşlı uşağı vardır və borca görə ayda 300 manat ödəməyə imkanı çatır. Lakin borcun ödənilməsini təmin etmək üçün ona kart hesabı vermirlər. O, 5900 manatdan heç bir ödəniş etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4351/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1985-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4351/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1985-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-406/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-406/2025
02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver