Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-407/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Tələbkar MN ******* saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 3500 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan “Kamaz 5511” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, icraatında olan Azərbaycan Respublikası Tələbkar MN ******* saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 3500 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanunla nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul edillmiş və xx.xx.2024-cü il tarixdə borclu şöbəyə dəvət edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş ona şəxsən təqdim edilmişdir. Könüllü icra müddəti bitdikdən sonra borclu icra sənədinin icra vəziyyəti yoxlanılmış və həmin müddət ərzində icra sənədinin icra edilməməsi tərəfimdən məlum olmuşdur və belə olan halda borclu barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Belə ki, ilk növbədə borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, mülkiyyətində “Kamaz 5511” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş və sözügedən avtomobil barəsində məhdudiyyət tədbirləri tətdbiq edilmişdir. Məlumat üçün bildirir ki, borclu icra sənədindən məlumatlı olsa da lakin cari tarixədək icra sənədi üzrə tələbi icra etməmiş, eyni zamanda borclunun digər gəlirləri (əmək haqqı, pensiya və s.) barədə müvafiq sorğular edilmiş, lakin bu barədə məlumat aşkar edilməmişdir. Bununla bağlı hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin borclunun daşınar əmlakına yönəldilməsi qanuna müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «Kamaz 5511 yük» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Tələbkar MN ******* saylı, xx.xx.2024-cü il tarixli icra sənədi könüllü icra olunmadığından Borclu mülkiyyətində olan «Kamaz 5511 yük» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatı təmin edilsin. Borclu məxsus olan «Kamaz 5511 yük» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-407/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-407/2025
02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver