Məhkəmə qərarları › İş №8(012)-408/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-408/2025

04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-408/2025 04.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-416/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-3443/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X2 bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 108 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-416/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, Borclu məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,03 hektar olan, dövlət reyestrində **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən, sahəsi 0,03 ha olan, **********02 dövlət reyestr nömrəli torpaq sahəsinə qoyulmuş həbsin götürülməsinin qanuna müvafiq hesab edilib sözügedən əmlakın həbsdən azad edilməsinə dair müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3443/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X2 bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 108 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2015-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə qanunla nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul edillmiş və tələbin könüllü icrası ilə bağlı bildirş borcluya göndərilmişdir. Bir müddət sonra borclu icra sənədi üzrə tələbi könüllü qaydada icra etməkdən boyun qaçırmış və bu səbəbdən barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Belə ki, borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş və mülkiyyətində Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən, sahəsi 0,03 ha olan, **********02 dövlət qeydiyyat reyestr nömrəli torpaq sahəsi aşkar edilmişdir. Beləliklə, icra məmurunun əsaslandırılmış təqdimatı və Abşeron rayon Məhkəməsinin 8(012)-416/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə borclunun sözügedən torpaq sahəsinə həbs qoyularaq, tələb borclunun əmlakına yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə tələbkar X1 rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə uyğun olaraq tərəflər arasında razılıq əldə olunduğundan sözügedən icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Belə olan halda onun tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsini rəhbər tutaraq icra sənədinin məhkəməyə qaytarılmasına dair müvafiq qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında Borclu ilə barışdıqlarını bildirdi və borcluya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,03 hektar olan, dövlət reyestrində **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, onunla Tələbkar arasında bağlanmış nikah 2015-ci ildə pozulmuş, lakin daha sonra onlar 2019-cu ildə barışmışdırlar. Hazırda onlar bir yerdə yaşayırlar. Bu səbəbdən o, mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,03 hektar olan, dövlət reyestrində **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən, məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3443/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu ilə aralarında razılıq əldə olunduğundan Tələbkar icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3443/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə tələbkarın və borclunun izahatını dinləyib, təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tərəflər arasında razılıq əldə olunduğundan Borclu məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,03 hektar olan, dövlət reyestrində **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-416/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,03 hektar olan, dövlət reyestrində **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar