Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-409/2025 04.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, X2 Abşeron Rayon Məhkəməsinin 2(012)-321/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-321/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh X5 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X4 X10 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 687B saylı evin, 27 saylı və 28 saylı mənzillərindən əşyalarının (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) ilə birlikdə çıxarılması və evin boşaldılaraq iddiaçı X10 təhvil verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər X10 və X8 qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. X12 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-321/2024 saylı qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-321/2024 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdeh X5 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X1 Vidadi Mürsəl oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 687B saylı evin, 27 saylı və 28 saylı mənzillərindən əşyaları (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) ilə birlikdə çıxarılması və ev boşaldılaraq iddiaçı X10 təhvil verilməsi qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Ona aid hissədə isə cavabdehlər X10 və X8 qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının isə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-895/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X7 apellyasiya şikayəti təmin edilmiş, cavabdeh X4 və onun apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər X10 və X8 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi barədə iddia tələbi rədd edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarın 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-321/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh X5 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X4 X10 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 687B saylı evin, 27 saylı və 28 saylı mənzillərindən əşyalarının (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) ilə birlikdə çıxarılması və evin boşaldılaraq iddiaçı X10 təhvil verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər X10 və X8 qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-321/2024 saylı qətnaməsinin qanuni qüvvəsini almasından uzun bir müddət keçməsini nəzərə alsaq, hazırki vəziyyətdə qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini pozulması ilə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X2 Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2022 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-409/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-409/2025
04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver