Məhkəmə qərarları › İş №8(012)-41/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-41/2023

02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-41/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu, Tələbkar iştirakı ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2673/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Borclu vurduğu mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin əvəzi tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, borclu X1 məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2673/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Borclu vurduğu mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin əvəzi tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar, iş üzrə Borclu xx.xx.2013-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilərək icra şöbəsinə dəvət olunsa da, o icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-2673/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək rəsmi iş yerinin olmadığını, qətnamə üzrə təmin edilmiş tələbi hər ay hissə-hissə olaraq ödəyə biləcəyini qeyd etdi. Tələbkar məhkəmə iclasında izahat verərək borclu tərəfindən ona ödənilməli olan 1000 manat məbləğində pulun hazırki müddətə kimi ödənilmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1977-ci ildə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2673/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq, xx.xx.1977-ci ildə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar