Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-410/2025 04.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin Borclu məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu 2 Saylı Notariat Kontorunun 4187 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2329.56 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayon Məhkəməsinin 8(012)-266/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadına əsasən Borclu məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə xx.xx.2025-ci il tarixində “İcra Haqqında” AR Qanununun 20.1.5 və 20.2- ci maddəsinə əsasən xitam verilmişdir.Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85- ci maddəsini rəhbər tutaraq Borclu məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi və icra sənədi üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Abşeron rayon İcra Şöbəsinin nümayədəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. İş materiallarında olan: - 18 iyun 2025-ci il tarixli icra qeydindən görünür ki, Tələbkar ASC-nin xeyrinə Borclu BF/27009/71/11 nömrəli müqaviləyə əsasən, ümumilikdə 2329,56 manat pulun tutulması qeyd edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 8(012)-266/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfovun təqdimatı təmin edilmiş, Borclu məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə həbs qoyulmuşdur. - Tələbkar ASC-nin Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizənin məzmunundan görünür ki, Borclu Tələbkar ya olan borcunu xx.xx.2021-ci il tarixdə tam olaraq ödəmişdir, bu səbəbdən icraata xitam verilməsini xahiş edir. - Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Abşeron rayonu 2 Saylı Notariat Kontorunun 4187 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. Məhkəmə qərarları və onların icrası. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Maddə 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, icra qeydi üzrə borcun tam ödənilməsi əsası ilə məhkəmənin torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardadı üzrə zərurət aradan qalxması nəzərə alınmaqla təqdimat təmin edilməli, Borclu məxsus ünvan 1 ərazisində yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, məhkəmənin qeyd edilən torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardadı üzrə zərurət aradan qalxdığından torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-266/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus ünvan 1 ərazisində yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsun. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-410/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-410/2025
04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver