Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-413/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin, Tələbkar, Borclu vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hacı Hacızadə məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hacı Hacızadə məhkəmə iclasında təqdimatını onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olan Naxçıvan MR Ordubad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(080)-15/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1975-ci ildə anadan olmuş, Naxçıvan MR, ünvan 1i ünvanında qeydiyyatda olan, lakin ünvan 2 sənədində qeyd olunduğu kimi, ərazidə pasport qeydiyyatı aparılmadığına görə mənzil nömrəsi yoxdur) ünvanında yaşayan Borclu 41000 manat məbləğində pul vəsaiti və 213,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi Naxçıvan MR Ordubad rayon İcra və probasiya bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ərazi üzrə aidiyyət edilmiş və xx.xx.2023-cü il tarixində Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunla nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Könüllü icra müddəti bitdikdən sonra, icra sənədinin borclu tərəfindən icra olunmaması müəyyən edilmiş və məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun əmlak vəziyyəti, gəlirləri barədə müvafiq sorğular edilmiş və Dövlət Gömrük Komitəsində (sürücü olaraq) əmək müqaviləsinin olması, 432 manat əmək haqqı alması müəyyən edilmişdir. Beləliklə, tələbin borclunun gəlirlərinə yönəldilməsi barədə qərar qəbul edilmiş və icra olunması 183467/2023-7C nömrəli məktubla iş yerinə göndərilmişdir. Eyni zamanda aparılmış icra tədbirləri nəticəsində borclunun mülkiyyətində Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli, 1,2320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmiş və göstərilən əmlakın üzərinə həbsin qoyulması və açıq hərracda satılaraq tələbin əmlaka yönəldilməsi məqsədi ilə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş və Abşeron Rayon Məhkəməsinin 8(012)-590/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Bundan sonra üzərinə həbs qoyulmuş əmlak qiymətləndirilməyə göndərilmiş və əmlakın bazar qiyməti 6776 manat məbləğində müəyyən edilmiş, bu səbəbdən də tələbin bir qismi icra olunmuş, qalan hissəsi isə ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, qiymətləndirilmiş əmlakın bazar qiymətindən, həmçinin borclu barəsində tətbiq olunan digər məcburi icra tədbirlərindən görünür ki, həmin tədbirlər tələbkarın tələbinin təmin edilməsi üçün yetərli deyildir və eyni zamanda borclunun ölkədən getmək hüququ da müvəqqəti məhdudlaşdırılmalıdır və qanunamüvafiqdir. Belə ki, "İcra haqqında” Azərbaycan Rasepublikası Qanununun 44.3-cü maddəsinə uyğun olaraq tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanununun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərdə hər birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmçinin müvafiq sorğular nəticəsində müəyyən edilmişdir ki, Borclu vaxtaşırı fərqli tarixlərdə ölkəyə giriş-çıxışlar edir, bu isə öz növbəsində borclu tərəfindən gələcəkdə də ölkəni tərk etmək ehtimalı yaradır, eyni zamanda tələbkarın vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 Abşeron rayon İcra və probasiya şöbəsinə ünvanladığı ərizədən görünür ki, Borclu icra sənədinin icrasından yayınaraq xarici ölkəyə getmək niyyətindədir. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, o, 2022-ci ildə Borclu bir tanışı vasitəsilə tanımış və borc pul vermişdir. Onun Borclu qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə prosesi təxminən 1 il müddətinə getmiş, qətnamə icraya yönəldildikdən sonra borclu ödəməli olduğu pul məbləğini ödəmədiyindən icra məmurları tərəfindən tələb borclunun əmək haqqına yönəldilmişdir. Borclu ona hər ay 530 manat məbləğində pul ödəyir, həmçinin borclunun əmək haqqının 25 faizi ona ödənilir. Qeyd edir ki, borclunun qeyri-rəsmi olaraq digər şəxslərə yarım milyona yaxın borcu vardır və əmək haqqının müəyyən hissəsi sözügedən borcdan əlavə "xxxx" ASC-yə olan borcu üçün də çıxılır. Göstərilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsində nəzərdə tutulmuş qaydada Borclu sözügedən icra sənədi üzrə öhdəliyini icra etməyəcəyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə xəbərdarlıq edilməmiş, həmçinin borclu müvafiq icra şöbəsinə dəvət olunmamışdır. Borclu hər ay cəmi 432 manat əmək haqqı aldığı və əmək haqqından borca görə hər ay 530 manat məbləğində pulun tutularaq tələbkara ödənildiyi ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, borclunun hazırda iki iş yeri vardır və qeyd edilən əmək haqqından əlavə hər ay 1850 manat məbləğində maaş alır. Qeyd edir ki, borclunun mülkiyyətində 1 hektarlıq torpaq sahəsi vardır və borc məbləğini yalnız həmin torpaq sahəsini satdıqdan sonra ödəyə bilər. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdimatı tədqiq edərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, icra məmuru təqdimatın məzmununda sözügedən icra sənədi Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra qanunla nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildirişin borcluya göndərildiyini qeyd etsə də təqdimata müvafiq icra şöbəsi tərəfindən borcluya rəsmi qaydada bildiriş verilməsini təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Belə olan halda məhkəmə təqdimatın araşdırılmasını və hüquqi qiymət verilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci və 152.2-ci maddəsinin müddəası hazırki təqdimata qanunun analogiyası qaydasında tətbiq olunmalı və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılsın. İcra məmuruna təqdimatın qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-413/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-413/2024
18.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver