Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-416/2023 07.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4079/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 4079/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus olan “Nissan X Trail” minik markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4079/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 3.600 manat məbləğində icarə haqqı, 121,81 manat elektrik enerjisi haqqı və 14 manat məbləğində dövlət rüsumu, cəmi 3.735,81 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunamüvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu məxsus “Nissan X Trail” minik markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla borc tələbi borclunun əmlakına yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, Borclu ilə aralarındakı mübahisə birinci instansiya məhkəməsində, daha sonra apellyasiya və kassasiya instansiyası məhkəmələrində davam etmişdir. Borclu ilə aralarında 5 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Özünə məxsus qeyri-yaşayış sahəsini borcluya icarəyə verdikdən bir müddət sonra borclunun vergidən qeydiyyatdan keçmədiyini, vergiyə, sosial müdafiə fonduna və mənbədən ödənişləri ödəmədiyini görmüşdür. Həmçinin qeyri-yaşayış sahəsində onun icazəsi olmadan rekonstruksiya işləri aparılmış, qeyri-yaşayış sahəsinin içərisi subarendaya verilmişdir. Bununla da aralarındakı müqavilə şərtləri pozulmuşdur. Qeyd olunanları əsas götürməklə müqavilə şərtinə əsasən 1 ay qabaqcadan yazılığı xəbərdarlıq formasında borcludan qeyri-yaşayış sahəsindən çıxmağı tələb etmişdir. Qeyd olunan yazılığı xəbərdarlığı qarşı tərəfə şəxsən imza etməklə təqdim etmişdir. İlk əvvəl qarşı tərəf qeyri-yaşayış sahəsindən çıxacağına söz versə də, sonradan vədinə əməl etməmiş, qeyri-yaşayış sahəsini boşaltmamışdır. Borclu qeyri-yaşayış sahəsindən çıxmadığına görə o, özünə məxsus qeyri-yaşayış sahəsini digər şəxsə icarəyə verə bilməmiş və ya özü üçün istifadə edə bilməmişdir. Bundan sonra məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Hazırda borclunun ona 3.735,81 manat məbləğində borcu vardır. Eləcə də ilk əvvəl borcluya aralarındakı mübahisəni məhkəmədən kənar həll etməyi təklif etsə də, qarşı tərəf bununla razılaşmamışdır. Hətta məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə öz hesabına köçmələrinə yardım edəcəyini təklif etsə də, tərəf bununla razılaşmamışdır. Halbuki, o, bu yardımı etməyi təklif etməyə borclu deyildir. Artıq 1 il 6 aydan çoxdur ki, aralarındakı mübahisənin həlli davam edir. Hazırda ona məxsus qeyri-yaşayış sahəsinin icarə haqqı 1.000 manatdır. Qeyd olunan müddətdə qeyri-yaşayış sahəsini icarəyə versəydi, 18.000 manat qazanc əldə edərdi. Hazırda da o, ona dəymiş ziyanla bağlı əlavə olaraq məhkəməyə müraciət edə bilər. Lakin bunu etmək istəmir. Borclu qeyri-yaşayış sahəsindən icarə kimi istifadə etdiyi dövrdə ondan nə tələb edibsə, o həmin istəyi dərhal yerinə yetirmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, həbs qoyulması və duracağa yerləşdirilməsi xahiş edilən “Nissan X Trail” minik markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində və istifadəsindədir. O, Tələbkar aylıq 400 manat icarə haqqı olmaqla 5 il müddətinə icarəyə qeyri-yaşayış sahəsi götürmüşdür. Bir müddətdən sonra isə tələbkar ondan qeyri-yaşayış sahəsindən çıxmasını tələb etmişdir. Bütün avadanlıqları həmin obyektdə qalmışdır. Göstərilənlərə əsasən təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimatı vermiş Abşeron rayon İcra və probasiya şöbəsi məhkəməyə nümayəndəsini göndərməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimata təqdimatı vermiş Abşeron rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4079/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3.600 manat məbləğində icarə haqqı, 121,81 manat elektrik enerjisi haqqı və 14 manat məbləğində dövlət rüsumu, cəmi 3.735,81 manat məbləğində pulun tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Həmin icra işi üzrə icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar verilmiş sorğuya əsasən Borclu mülkiyyətində “Nissan X Trail” minik markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin təqdimatı qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2-2(113)-4079/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində “Nissan X Trail” minik markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimat qalan hissədə təmin edilməməlidir. Belə ki, avtomobilin Azərbaycan Respublikası X1inin cərimə meydançasında saxlanılması onun açıq havada qalaraq köhnəlməsinə, yararsız vəziyyətə düşməsinə səbəb olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2-2(113)-4079/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “Nissan X Trail” minik markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Kazımov
Məhkəmə qərarları › İş №8(012)-416/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-416/2023
07.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver