Məhkəmə qərarları › İş №8(012)-418/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-418/2024

26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-418/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun iştirakı ilə, Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli və 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra məmurunun hərəkətsizliyinə görə təzminat qaydasında pul ödənilməsi barədə şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyinə görə 428,8 manat pulun icra məmuru Orxan Məmmədovdan təzminat qaydasında xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinə əsasən 400 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X2 ona 128,8 manat məbləğində borcu vardır. Hər iki məhkəmə aktının icrası Maraqlı şəxs icra məmuru Orxan Məmmədova həvalə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin icraya yönləndirilməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq icra məmuru borcun cəmi 100 manatını alaraq ona verə bilmişdir. Hazırki dövrdə borclu X3 ona Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsi üzrə 300 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı üzrə 128,8 manat borcludur. O, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının hazırki dövrədək icra edilməməsinin səbəbini icra məmuru Orxan Məmmədovun səhlənkarlığında və icra məmurunun özünün bildirməsinə əsasən icraatında doqquz mindən artıq icra sənədinin olmasında görür. Hesab edir ki, icra məmuru Orxan Məmmədov icraatında olan icra işlərini qanunla müəyyən olunmuş vaxtlarda icra etsəydi, onun icraatında olan icra işlərinin sayı da doqquz mini keçməzdi. İcra məmuru Orxan Məmmədova dəfələrlə müraciət etməsinə baxmayaraq o, borcluya qarşı qanunla müəyyən olunmuş icra tədbirlərini tətbiq etməmişdir, tətbiq olunmuş icra tədbirlərinin gücləndirilməsi üçün tədbir görməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ümumi həcmi cəmi 400 manatdan ibarət olan və 4 ildən çox müddətdir ki, icra olunmayan Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində icra məmurunun hərəkətsizliyi müəyyən olunduğu halda o, süründürməçiliyə və dəymiş ziyana görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.4-cü maddəsinə istinad etməklə icra məmurundan təzminat tələb edə bilər. Qeyd olunanlara əsasən o, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs icra məmuru Orxan Məmmədov məhkəmə iclasında Tələbkar tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq ərizəçi Tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X1 380 manat məbləğində pulun və ödənilmiş 20 manat rüsumun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi üzrə borcun indeksləşdirməklə tutulması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)- 236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi üzrə borcun indeksləşdirməklə tutulması barədə ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə X3 tərəfindən ödənilməli olan 400 manat məbləğində pulun 2023-cü ilin fevral ayına indeksləşdirməklə 128,80 manat pulun borclu X1 tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Məhkəmə icra məmurunun izahatını dinləyib işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X1 380 manat məbləğində pulun və ödənilmiş 20 manat rüsumun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi üzrə borcun indeksləşdirməklə tutulması barədə ərizəsinin təmin edilməməsi qərara alınmış, ərizəçi Tələbkar sözügedən qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından göründüyü kimi şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi üzrə borcun indeksləşdirməklə tutulması barədə ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə X3 tərəfindən ödənilməli olan 400 manat məbləğində pulun 2023-cü ilin fevral ayına indeksləşdirməklə 128,80 manat pulun borclu X1 tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəsini aldıqdan sonra sözügedən qətnamə və qərardad əsasında tərtib edilmiş icra sənədləri icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və Maraqlı şəxsndə icraata qəbul edilmişdir. Lakin hazırda ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyinə görə 428,8 manat pulun icra məmuru Orxan Məmmədovdan təzminat qaydasında xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin hazırki işlə əlaqədar məhkəməyə təqdim olunmuş icra işi materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli və 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş lazımi icra tədbirləri görülmüş, borclu X3 barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsi tərəfindən 8(012)-644/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, borclu X2 məcburi qaydada Maraqlı şəxsnə gətirilməsi qərara alınsa da borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu X3 barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsi üzrə borclu X2 adına hər hansı bir əmlakın olması elektron məhkəmə informasiya sistemində müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli və 8(012)- 236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra məmurunun hərəkətsizliyinə görə təzminat qaydasında pul ödənilməsi barədə şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Tələbkar Maraqlı şəxs icra məmuru X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyinə görə 428,8 manat pulun icra məmuru Orxan Məmmədovdan təzminat qaydasında xeyrinə ödənilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar