Məhkəmə qərarları › İş №8(012)-420/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-420/2022

17.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-420/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-3120/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 13440 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. xx.xx.2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 3120/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 13440 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq borclu şəxs tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclu istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış, həmçinin sms bildiriş göndərilmişdir. Lakin o, icra məmurlarının çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Ona görə də Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. İcra orqanı təqdimata icraata başlamaq haqqında qərarın və bildirişin surətini əlavə etsə də, bildirişin borcluya çatması barədə və digər aparılmış zəruri icra tədbirləri barədə sənədlərini məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində müvafiq sənədlərlə əsaslandırılmalıdır. “İcra haqqında” Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, borclunun məcburi şəkildə gətirilməsi barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul edilməsinə baxmayaraq həmin qərarın icra qurumunun rəhbəri tərəfindən təsdiq edilməsinə dair sənəd təqdimata əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar