Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-422/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-274/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadı ilə bağlı Borclu məxsus olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 2413,28 manat məbləğində əsas borc, 257,34 manat məbləğində faiz borcu, 144,95 manat məbləğində cərimə olmaqla, cəmi 2815,57 manat məbləğində pul vəsaiti və 48,16 manat dövlət rüsumu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-274/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-507/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-507/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2815,57 manat məbləğində pul vəsaiti və 48,16 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-274/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə xx.xx.2025-ci il tarixində “İcra haqqında” AR Qanununun 20.1.5 və 20.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar ASC-nin nümayəndəsi R.R.Ömərovun icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(037)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Borclu borc tələbini (borcun restruksizasiyası nəticəsində verilmiş yeni kredit ilə) xx.xx.2024-cü il tarixində tam icra etdiyindən Tələbkar ASC-nin nümayəndəsi icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-274/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-422/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-422/2025
14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver