Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-426/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-3470/2024 nömrəli qətnaməsinin qismən, yəni mübahisələndirilən hissədə (iddia tələbinin təmin edilməyən hissəsində) ləğv edilməsi, ləğv edilən hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdeh Borclu 28500 manat pul tutularaq Tələbkar verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 360 manat məbləğində dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-3470/2024 nömrəli qətnaməsinin icra edilməli hissəsi olaraq Borclu 61500 manat pul vəsaitinin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, onun icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-324/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.1979-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu cəmi 90360 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya təqdim edilmişdir. Könüllü icra müddəti bitdikdən sonra xx.xx.2025-ci il tarixdə BorcluP şöbəyə dəvət edilmiş və məhkəmə qərarından məlumatlı olması ilə yanaşı, könüllü icra üçün bildirişi almağına baxmayaraq, icra sənədi üzrə borcundan, ümumiyyətlə, ödəniş etməməsi məlum olmuşdur. Belə olan halda, borclunun izahatı alınmış və o, izahatında icra sənədini icra etməməsinin səbəbi kimi ödəniş etmək üçün maddi imkanının olmamasını, eyni zamanda, tələbkarla razılığa gələcəyini əsas gətirmişdir. xx.xx.2025-ci il tarixdə icra sənədinin icra vəziyyətini yoxlamaq məqsədi ilə BorcluP yenidən şöbəyə dəvət edilmiş, beləliklə, icra sənədi üzrə borcundan hər hansı ödənişin etməməsi məlum olmuşdur. Belə olan təqdirdə, həmin tarixdə, borcluya İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə yazılı xəbərdarlıq təqdim edilmişdir. Bununla yanaşı, icra sənədinin icrasını təmin etmək üçün borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi gəlir aşkar edilməmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, borclunun könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməməsi ilə bağlı izahatının alınması və ona məsuliyyətlə bağlı rəsmi xəbərdarlığın təqdim edilməsinə baxmayaraq o, bundan lazımı nəticə çıxarmamış, “maddi imkanının zəif olmasını” və “tələbkarla razılığa gələcəyini” əsas gətirərək formal xarakterli izahatlarla kifayətlənmişdir. Həmçinin borclu icra sənədi üzrə borcundan hətta hissəvi ödənişlərin edilməsinə belə cəhd göstərməmiş, borc olduğu kimi qalmış və bir sözlə o, məhkəmə qərarının icrasına münasibətdə hərəkətsizlik nümayiş etdirmişdir. Bununla bağlı, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Beləliklə, ilk növbədə, icra sənədinin icrasını təmin etmək və gələcəkdə borclu tərəfindən ölkəni tərk etmək ehtimalının qarşısını almaq məqsədi ilə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1979-cu il təvəllüdlü, Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1979-cu il təvəllüdlü, Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-426/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-426/2025
14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver