Məhkəmə qərarları › İş №8(012)-428/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-428/2024

08.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-428/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu mülkiyyətində olan avtomobil üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-5606/2022 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********60421 X1 10 markalı telefon üçün 683,80 manat ödənilməmiş hissə, 68,20 manat cərimə olmaqla, ümumilikdə 752 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra və probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5606/2022 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********60421 X1 10 markalı telefon üçün 683,80 manat ödənilməmiş hissə, 68,20 manat cərimə olmaqla, ümumilikdə 752 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu əmlak məlumatlarından çıxarışdan görünür ki, VAZ 21074 minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5606/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar