Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-428/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3544/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu Әli qızından 14000 manat borc, 132 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 250 manat xidmət haqqı, cəmi 14382 manat iddiaçı Tələbkar ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, onun icraatında olan Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3544/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Borclu cəmi 14382 manat pul vəsaiti tutularaq Tələbkar Tanriverdi oğluna ödənilməlidir. Sözügedən icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya təqdim edilmişdir. Sonradan borclunun yaşayış yerini dəyişdiyindən xx.xx.2025-ci il tarixdə Nərimanov rayon İcra şöbəsi tərəfindən icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilmiş və icra sənədi həmin tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi icraata daxil olduqdan sonra xx.xx.2025-ci il tarixdə Borclu şöbəyə dəvət edilmiş və məhkəmə qərarından məlumatlı olması ilə yanaşı, könüllü icra üçün bildirişi almağına baxmayaraq icra sənədi üzrə borcundan, ümumiyyətlə, ödəniş etməməsi məlum olmuşdur. Belə olan halda, borclunun izahatı alınmış və o, izahatında icra sənədini icra etməməsinin səbəbi kimi, sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini əsas gətirmişdir. xx.xx.2025-ci il tarixdə icra sənədinin icra vəziyyətini yoxlamaq məqsədi ilə Borclu yenidən şöbəyə dəvət edilmiş, beləliklə, icra sənədi üzrə borcundan hər hansı ödənişin etməməsi məlum olmuşdur. Belə olan təqdirdə, həmin tarixdə, borcluya İXM-in 528.1-ci maddəsi ilə nəzərərdə tutulmuş məsuliyyət barədə yazılı xəbərdarlıq təqdim edilmişdir. Bununla yanaşı, icra sənədinin icrasını təmin etmək üçün borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş və ümumilikdə 1329 manat təqaüd alması müəyyən edilmişdir. Lakin göründüyü kimi tələbin 50 faizlə borclunun əmək haqqına yönəldilməsi (664,5 manat) icra sənədi üzrə tələbin təmin edilməsi üçün yetərli deyildir və bununla bağlı, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi digər məcburi icra tədbirinin tətbiqinə zərurət yaranmışdır. Belə ki, “İcra haqqında” Qanunun 44.3-cü maddəsinə uyğun olaraq, tələbkarın tələbinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1- 43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Eyni zamanda, hesab edir ki, borclu məhkəmə qərarının icra edilməməsinə dair üzürlü səbəb göstərməmiş, izahatında “apellyasiya şikayəti verəcəyini” əsas gətirməsi, onun tərəfindən məhkəmə qərarının icrasını süni şəkildə ləngidmək və ondan boyun qaçırmaq kimi qəymətləndirilir. Halbuki sözügedən məhkəmə qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və borclu qərardan məlumatlı olduğu təqdirdə, cari tarixədək yuxarı instansiya məhkəməsinə şikayət verməmişdir. Müvafiq icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, borclu istifadəsində ölkə hüdudlarını tərk etməyə imkan verən xarici pasporta malikdir, bu isə istənilən an məhkəmə qərarının icrasından yayınaraq ölkəni tərk ehtimalı yaradır. Beləliklə, ilk növbədə, icra sənədinin icrasını təmin etmək və gələcəkdə borclu tərəfindən ölkəni tərk etmək ehtimalının qarşısını almaq məqsədi ilə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, o, əvvəllər Borclu tanımamışdır, sadəcə Borclu qohumu ilə dost olmuşdur. Dostunun xahişi ilə o, borcluya 14000 manat məbləğində pul verib kredit müqaviləsi bağlamışdır. Borclu ona borc verdiyi pulu geri qaytarmamış, bu səbəbdən o, iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi ilə bağlı mülki işə Nərimanov Rayon Məhkəməsində baxılmış və qərar çıxarılmışdır. Borclu Abşeron Rayon Məhkəməsində qeydiyyatda olduğundan icra şöbəsi icra sənədini Abşeron rayon İcra və probasiya şöbəsinə göndərmişdir. Bildiyi qədəri ilə Borclu 1200 manat məbləğində pensiya alır. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3544/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1960-cı il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3544/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1960-cı il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-428/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-428/2025
14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver