Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-429/2024 27.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə Abşeron rayon İcra şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1873/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Borclu 2150 manat əsas 2224 manat faiz və 215 manat penya borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada Tələbkar MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan “Nissan Sunny markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1873/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Borclu 2150 manat əsas 2224 manat faiz və 215 manat penya borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. “Elektron icra” informasiya sistemnidən əldə olunan məlumata əsasən Borclu mülkiyyətində olan Nissan Sunny markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, 2.150 manat borcu vardır. Tələbkar MMC-nə ödənişləri etmişdir. Hər ay 100, 200 manat ödənişlər etmiş,bu səbəbdən təqdimatın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar məhkəməyə gəlmədiyinə görə məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş matariallarına əlavə olunmuş xx.xx.2024-cü il,xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Borclu Tələbkar MMC-nə aylıq ödənişlər etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda,Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Lakin, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Borclu icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etmişdir və təqdimatda göstərilən xüsusatlar işin faktiki halları ilə uyğunluq təşkil etmir.Bu səbədən məhkəmə təqdimatın təmin edilməsiin mümkün hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu mülkiyyətində olan Nissan Sunny markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-429/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-429/2024
27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver