Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-430/2024 27.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar X3, Borclu iştirakı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu mülkiyyətində olan avtomobil üzərinə həbs qoyulması və duracaqda yerləşdirilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şuşa rayon Məhkəməsinin 2(077)-249/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “BMW X-5 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması və duracaqda yerləşdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra və probasiya şöbəsinin icraatında olan Şuşa rayon Məhkəməsinin 2(077)-249/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmiş, lakin icra sənədi künüllü icra olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu məxsus olan “BMW X-5 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus olan “BMW X-5 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracaqda yerləşdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında bildirdi ki, Borclu 4000 manat çox borcu vardır. May ayında sonuncu dəfə ödəniş etmişdir. Təqdimatın təmin olunmasını xahiş etdi. Borclu məhkəmədə izahatında göstərdi ki, mövsümü işləmişdir. Oktyabr ayından may ayına kimi işləmiş, may ayından oktyabr ayına kimi isə işsiz qalmışdır.Adına olan maşın onda deyildir sadəcə adında qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu əmlak məlumatlarından çıxarışdan görünür ki, “BMW X-5 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şuşa rayon Məhkəməsinin 2(077)-249/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu məxsus olan “BMW X-5 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələbinə görə üzərinə həbs qoyulması əmlak üzrə digər icra hərəkətlərinin aparılmasını qanunvericilik icra məmurunun vəzifəsi kimi müəyyən etdiyindən, bu hal təqdimatın Borclu məxsus olan “BMW X-5 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracağa yerləşdirilməsi hissəsinin təmin olunması zərurətini aradan qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı qismən təmin edilsin. Borclu məxsus olan “BMW X-5 minik” markalı **-SJ-***dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-430/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-430/2024
27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver