Məhkəmə qərarları › İş №8(012)-430/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-430/2025

23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-430/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Natiq Tağıyev tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1511/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, "xxxx" X4 ilə Borclu arasında bağlanmış 11 iyun 2012-ci il tarixli, 17-A- 1-0-2050-12 №-li kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə ödənilməmiş 6000 manat əsas borcu, 2372,19 manat faiz borcu, 936,71 manat dəbbə pulu, cəmi 9308,90 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYP-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumunun əvəzi, ümumilikdə 9348,90 manat məbləğində pul vəsaiti Borclu tutularaq "xxxx" X2 ödənilməsi, ödəmənin ipoteka qoyulmuş «VAZ-21074» markalı, **-NV- *** dövlət qeydiyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən cəmi 9348,90 manat məbləğində pulun Borclu "xxxx" X1 borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh Borclu verilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən qeyd olunan icra sənədinin Fərmanın təsiri altına düşməsi göstərilmişdir. Tələbkar "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Natiq Tağıyev həmin qərardan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-1511/2015 saylı qətnaməsinin icra edilməsi üçün xitam qərarının ləğv edilib icra vərəqəsinin yenidən Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-1511/2015 saylı qətnaməsinə əsasən cavabdeh Borclu "xxxx" İKB-nin (YELO BANK ASC) xeyrinə ümumilikdə 9348,90 manat pulun tutulması, tutma ipoteka ilə yüklü edilmiş Borclu məxsus VAZ21074 markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması qət edilmişdir. Məlumat üçün bildirirlər ki, borclu qətnamə üzrə heç bir ödəniş etməmişdir. İpoteka ilə yüklü edilmiş VAZ-21074 markalı, **-NV-*** dövlat qeydiyyat nişanlı avtomobilin harada saxlanılması və kim tərəfindən idarə olunması barədə bankda heç bir məlumat yoxdur. İcra şöbəsi borclunun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə təbdirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarxli, 551 saylı fərmanının” təsir dairəsinə düşdüyü üçün icra vərəqəsinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam vermişdir. Lakin borclu qeyd edilən fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı fərmanın son icra müddəti olan xx.xx.2019-cu il tarixədək banka heç bir müraciət etməmişdir. Bu səbəbdən icra vərəqəsi icrasız qalmışdır. Odur ki, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və iş üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Natiq Tağıyev tərəfindən verilmiş şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1511/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, "xxxx" X4 ilə Borclu arasında bağlanmış 11 iyun 2012-ci il tarixli, 17-A-1-0-2050-12 №-li kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə ödənilməmiş 6000 manat əsas borcu, 2372,19 manat faiz borcu, 936,71 manat dəbbə pulu, cəmi 9308,90 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYP-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumunun əvəzi, ümumilikdə 9348,90 manat məbləğində pul vəsaiti Borclu tutularaq "xxxx" X2 ödənilməsi, ödəmənin ipoteka qoyulmuş «VAZ-21074» markalı, **-NV-*** dövlət qeydiyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən cəmi 9348,90 manat məbləğində pulun Borclu "xxxx" X1 borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh Borclu verilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən qeyd olunan icra sənədinin Fərmanın təsiri altına düşməsi göstərilmişdir. Lakin borclu qeyd edilən fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı fərmanın son icra müddəti olan xx.xx.2019-cu il tarixədək banka heç bir müraciət etməmişdir. Beləliklə, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl etmədən icra vərəqəsinin icraatına xitam verilməsi haqqında qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)- 1511/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1511/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar