Məhkəmə qərarları › İş №8(012)-439/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-439/2024

27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-439/2024 27.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2503/2013 saylı 01 iyul 2013-cü il tarixli icra sənədinə əsasən Borclu 18479.5 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməli və tələb ipoteka predmenti olan, borcluya məxsus “Kia Soul” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2503/2013 saylı 01 iyul 2013-cü il tarixli icra sənədinə əsasən Borclu 18479.5 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməli və tələb ipoteka predmenti olan, borcluya məxsus “Kia Soul” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında" qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Borclu 18.479 manat borcu vardır və ödəməmişdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1986-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2503/2013 saylı 01 iyul 2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1986-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar