Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-439/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi (tələbkar) X7, Maraqlı şəxs icra məmuru X3 iştirakı ilə, Ərizəçi (tələbkar) X7 icra məmurunun hərəkətsizliyi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu İcra və probasiya şöbəsinin icra məmuru X3 icra işini icra etməməsi ilə əlaqəli qanunsuz hərəkətlərinə son qoyulması və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən çox mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46.kv.m olan 1 otaqlı, 65 saylı mənzilin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə xeyrinə çıxan qətnamə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X8 icraatına daxil olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1166/2023-023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Əmlak Abşeron ərazisində yerləşdiyi üçün icra işi icra olunması üçün Abşeron Rayon İcra və porabasiya şöbəsinə göndərilmiş, iş hazırda icraçı Əsgərov Qorxmazın icraatında olsa da, icraatında olan işlə bağlı icraata başlamaq haqqında qərarı təqdim etmir və nəticə etibarı ilə işin onun tərəfindən aparılmasında kifayət qədər nöqsanlar mövcuddur. Belə ki, hər dəfə işin icra olunmaması ilə bağlı narazıçılığını bidirdikdə icra məmuru rəsmi qurumlara sorğu verilməsi kimi ifadələri bildirməklə borclunun hüquqlarını müdafiə etməkdə maraqlıdır, dövlət adından çıxarılan qətnamə icra olunmur və hüquqları pozulmaqda davam etməkdədir. Şikayətə əlavə olunan Azərbaycan Respublikası Baş Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanlanan məktubda icra şöbəsinin mənzilə baxış keçirməsi və nəticə olaraq burada Şərur MTK-nın tikinti işlərinin aparılması və vəzifəli şəxslərin barəsində qeydlərin olmasının nəzərə alınması qeyd olunsa da, bu məsələnin onun icra işinə heç bir aidiyyatı yoxdur. Belə ki, məhkəmə gedişatı zamanı Şərur MTK işə cəlb olunmuş və onların da nümayəndələri prosesdə iştirak etmişlər. Əgər Məhkəmənin qəbul etdiyi qətnaməylə bağlı hər hansı bir iradları olsaydı, çıxarılan qətnamədən maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti verə bilərdilər. Qətnamə qanuni qüvvəsini almış və cavabdehlərə rəsmi şəkildə təqdim olunmuşdur. İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icrasının uzadılması məqsədli xarakter daşıyır. Odur ki, şikayətin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi (tələbkar) X10 şikayət ərizəsini müdafiə edərək təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, qətnamə qəbul ediləndə ona binada olan otaqlar göstərilmişdir. Hazırda mənzil hazırdır. İcra məmuru ona borclunu tapa bilmədiklərini bildirmişdir. İcra məmurundan şikayəti yoxdur, sadəcə hüquqlarının bərpasına görə hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X5 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, hazırki iş üzrə icra sənədi keçən il onun icraatına daxil olmuş, tərəfindən işlə əlaqədar zəruri icra tədbirləri həyata keçirilmişdir. Ünvanda təmir-tikinti işləri borclu Fateh- 2012 MMC tərəfindən deyil, Şərur MTK tərəfindən aparılır. Proyekt dəyişdikdən sonra həmin kvadratda mənzilin olmadığı, tikinti işlərinin yekunlaşmadığı aşkar olunmuşdur. Hazırda Fateh-2012 MMC-nin rəhbəri barəsində cinayət işi açılmışdır, lakin həbsdə olubolmadığı ilə bağlı məlumatı yoxdur. Borclunun digər (əsl) borclu ilə əvəz edilməsi üçün əlində əsas olmadığından Şərur MTK-ya hər hansı öhdəlik qoya bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatın dəlillərini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(005)-1166/2023 nömrəli icra sənədi üzrə icraata başlanması, borclu Fateh- 2012 MMC-yə 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi, edilmədikdə isə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli borclunun axtarılması barədə qərarından görünür ki, borclu xx.xx.1979-cü il təvəllüdlü ünvan 1i ünvanda qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri X9 barəsində axtarış elan edilməsi qərara alınmışdır. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli borclunun axtarılması barədə məlumatından görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-409/2023 nömrəli icra sənədi üzrə "xxxx" MMC-nin rəhbəri X6 yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün DİN Qəbələ Rayon Polis İdarəsinə göndərilmişdir. -Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət vergi Xidmətinə və Abşeron rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-408/2023- 020 saylı xx.xx.2023-cü il tarixli, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)- 1166/2023-023 saylı xx.xx.2023-cü il tarixli və Abşeron rayon Məhkəməsinin 2(012)- 350/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqələrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin üzərinə qoyulmuş öhdəliyin icra olunması təmin etdirmək məqsədilə ünvana baxış keçirilən zaman qeyd olunan ünvanda "xxxx" tərəfindən tikinti işlərinin görülməsi müəyyən edilmişdir. Qeyd olunan öhdəliyin "xxxx" tərəfindən icra olunmasının tələb edildiyi zaman MTK rəsmiləri Fateh-2012 MMC-ə görə heç bir məsuliyyət daşımadığını bildirirək icra vərəqəsi üzrə tələbkarların qarşısında onların icra etməli olduğu hər hansı öhdəliyin olmadığını bildirmişlər. Tərəflərindən "xxxx"-ya binanın başqa MTK-ya satıldığı zaman iddiaçıların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına çıxara bilinməməsi izah olunmasına baxmayaraq, icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Qətnamədə qeyd olunmuş məlumatlara əsasən Hasil ("xxxx" MMC) vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğu Korrupsiya Qarşı Mübarizə baş idarəsində AR CM-nin 178.3.2, 213.2.2, 259.2.4, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi istintaqı aparılır. Eyni zamanda göstərilənlərə əsasən icra vərəqəsinin icrasını təmin etmək məqsədilə "xxxx"xxxx"xxxx"-ya keçib-keçməməsi, həmçinin "xxxx"xxxx"xxxx" tərəfindən alınması barədə müqavilənin mövcud olub-olmaması barədə və hansı əsaslarla sözügedən ünvanda "xxxx" tərəfindən tikinti işlərinin aparılması barədə məlumatın Maraqlı şəxsnə verilməsi xahiş olunmuşdur. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "xxxx"xxxx"xxxx"xxxx"xxxx" tərəfindən hansı təqdim edilmiş müqavilə və sənədlərə əsasən tikinti işlərinin "xxxx" MMC-nin əvəzinə davam etdirilməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. -Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-29/2-737/2025 saylı sorğuya cavab məktubundan görünür ki, "xxxx"xxxx"xxxx"-ya keçib-keçməməsi, həmçinin "xxxx"xxxx"xxxx" tərəfindən alınması barədə müqavilənin mövcud olub-olmaması barədə və hansı əsaslarla sözügedən ünvanda "xxxx" tərəfindən tikinti işlərinin aparılması barədə Abşeron Rayon İcra Hakimiyyətində məlumat olmadığından məktubun icrası tərəflərindən mümkün olmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-7037/2025 saylı sorğuya cavab məktubundan görünür ki, "xxxx" MMC-nin hüquqi varisinin "xxxx" MTK olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1166/2023 nömrəli icra sənədi üzrə icraata başlanması, borclu "xxxx" MMC-yə 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi, edilmədikdə isə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmış, lakin icra məmuru tərəfindən icra vərəqələrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin üzərinə qoyulmuş öhdəliyin icra olunması təmin etdirmək məqsədilə ünvana baxış keçirilən zaman qeyd olunan ünvanda "xxxx" MTK tərəfindən tikinti işlərinin görülməsi müəyyən edilmişdir. Qeyd olunan öhdəliyin "xxxx" MTK tərəfindən icra olunmasının tələb edildiyi zaman MTK rəsmiləri "xxxx" MMC-ə görə heç bir məsuliyyət daşımadıqlarını bildirirək icra vərəqəsi üzrə tələbkarların qarşısında onların icra etməli olduğu hər hansı öhdəliyin olmadığını bildirmiş, beləliklə, icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3. İcra məmurunun tələblərinin məcburiliyi. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişə əsasən icra sənədi üzrə icraata başlanılmış, borclu Fateh-2012 MMC-yə 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi, edilmədikdə isə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi barədə məlumat verilmişdir. Sözügedən ünvanda "xxxx" tərəfindən tikinti işlərinin aparılması, lakin Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-7037/2025 saylı sorğuya cavab məktubuna əsasən "xxxx" MMC-nin hüquqi varisinin "xxxx" MTK olması barədə məlumatın aşkar edilməməsi kimi məlumatlar çaşqınlığın yaranmasına, bu baxımdan icra sənədinin icrasının yubanmasına gətirib çıxarmışdır. Göründüyü kimi icra məmuru icra haqqında qanuna müafiq olaraq icra hərəkətlərini ardıcıl olaraq yerinə yetirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Abşeron Rayonu İcra və probasiya şöbəsinin icra məmuru X3 icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Həmçinin ərizəçi məhkəmə iclasında vermiş olduğu izahatında icra məmurunun hərəkətlərindən heç bir şikayətinin olmadığını bildirmişdir. şikayət əsassız hesab edilərək təmin edilməməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, X1 Abşeron Rayonu İcra və probasiya şöbəsinin icra məmuru X3 icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-439/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-439/2025
18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver