Məhkəmə qərarları › İş №8(012)-44/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-44/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-44/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 689/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 2 (iki) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 220 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə ələqadar iş üzrə borcluya rəsmi və şifahi qaydada barəsində olan borcunu ödəmədiyi halda məsuliyyəti izah edilmiş, lakin yenə də Borclu, borclu olduğu məbləği tələbkarın xeyrinə ödəməyərək icra sənədinin icrasından yayınmışdır. Belə ki, Borclu Azərbaycan Respublikasını tərk etmək ehtimalı olduğu üçün Respublikadan kənara çıxmağına məhdudliyyət qoyulması zərurəti yaranmışdır. Odur ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051 )-689/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. İcra sənədi üzrə Borclu hazırda tələbkarın xeyrinə icra sənədi üzrə 1570 (bir min beş yüz yetmiş) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsini rəhbər tutaraq xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş və Abşeron rayonu, Qobu qəsəbə Ə/D, Qobu Qəsəbəsində qeydiyyatda olan Borclu borc tam ödənilənədək “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məsələsinə baxılmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Abşeron rayon İcra və Probasiya Şöbəsi və icra sənədi üzrə borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və icra sənədi üzrə borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı dəlillərini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan: - Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-689/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu Qobu Qəsəbəsində yaşayan Borclu tutulan alimentin məbləği artırılaraq, 07 oktyabr 2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat, 09 sentyabr 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat müəyyən edilsin və hər ay tutularaq, ünvan 1 ünvanda yaşayan Tələbkar verilməsi, Borclu 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanması qət edilmişdir. - Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-689/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1986-ci il təvəllüdlü, Abşeron rayonu, Qobu qəsəbə Ə/D, Qobu qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar